Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:28

Avropa Yayım Birliyi: «Məsələnin siyasiləşdirilməsi «Eurovision»u məhv edər»


Ingrid Deltenre
Ingrid Deltenre

Ingrid Deltenre Avropa Yayımçılar Birliyinin (European Broadcasting Union) rəhbəridir. Almaniyanın məşhur SPİEGEL dərgisinin internet versiyasında dərc olunan müsahibəsində xanım Deltenre Eurovision mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini müdafiə edir.

Xəbərdarlıq edir ki, məsələnin siyasiləşdirilməsi müsabiqənin məhvinə səbəb ola bilər.

SPİEGEL ONLİNE`dakı müsahibənin ingilis dilindən tərcüməsini təqdim edirik.

SPIEGEL ONLINE: Xanım Deltenre, 2010-cu ildə Eurovisionun təşkilatçısı olan Avropa Yayımçılar Birliyinin Baş Assambleyası Azərbaycanda jurnalistlərin qorxuduımasını, onların həbslərini pislədi və hakimiyyəti belə hallara qarşı tədbir görməyə çağıran qətnamə qəbul etdı.

Ötən 2 il ərzində həmin tələlər yerinə yetirildimi?

Deltenre: Əvvəlki kimi, jurnaslitlərin qorxudulması hələ də var, bu da onu gösətrir ki, məsələnin həllinə aparan yol hələ çox uzundur.


SPIEGEL ONLINE: Sizin bəyənatın ümumiyyətlə hansısa təsiri oldumu?


Deltenre: Müsbət təsiri necə ölçəsən? Ötən çərşənbə günü biz burada, Cenevrədə Azərbaycanda media azadlığına həsr olunan konfrans keçirdik.

Hökumətin konfransda iştirakı və prezidentin müşaviri Əli Həsənovla təmsil olunması, onun Azərbaycan və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bir masa arxasında oturub istənilən tənqidi mövzunun müzakirəsinə razılaşması göstərdi ki, açıq dialoqa olan güclü bir iradə var. Dialoq isə həmişə düzgün istiqamətdə atılan ilk addımdır.


SPIEGEL ONLINE: Tərəflərin məsələyə fərqli baxışları var. Məsələn, Human Rights Watch deyir ki, siz hökumətə tribuna təklif etmisiz.

İddia edir ki, Beynəlxalq Yayımçılar Birliyi “Azərbaycanda media azadlığının pişləşən vəziyyətini dəqiq, aydın və açıq şəkildə” dilə gətirməyib və bununla da özünün həmin prinsiplərə olan öhdəliklərini sual altına qoyub.

Azərbaycanlı insan haqları fəalı Rəsul Cəfərovun sözlərinə görə isə onda elə bir hiss var ki, Avropa Yayımçılar Birliyi rəsmi Bakıya işləyir
.


Deltenre: Məncə anlaşılmaz fikirdir. Mənim aləmimdə hökumətin tədbirdə iştirakı hadisəni tamamilə başqa nüfuz və etimad səviyyəsinə qaldırırdı. Nəticədə, hökumət dedi ki, tənqidi jurnalist Xədicə İsmayılovaya qarşı olan qarayaxma kampaniyasını “ayıb” sayır, rəsmilər bu məsələni aydınlaşdırmaq üçün əldən gələni edirlər.

Bundan başqa, yerli yayımçı olan İctimai TV-nin fəaliyyəti ilə bağlı biz çox konkret tədbirlər haqda razılıq əldə etdik, məsələn proqramlarda fikir müxtəlifliyinin necə artırılmasını göstərmək üçün seminarlar təşkil edəcəyik.

SPIEGEL ONLINE: Hətta bu trening ideyası Avropa Yayımçılar Birliyinin 2010-cu il qətnamsində öz əkisni tapmışdı. Söhbət ən adi standartlardan gedir, Azərbaycan hökumətinin isə eyni ifadələri təkrarlaması qayda halını alıb.


Delterne: Yox, bu baş verəcək. Amma Avropa Yayım Birliyi 56 ölkədən təşkil olunub. Biz 2010-cu ildən bəri olduqca fəallaşmışıq, lakin bizim diqqət mərkəzimiz ancaq Azərbaycan olmayıb.

Diqqətimizin və idarəetmə resurslarımızın müəyyən qismini Ərəb baharı özünə cəlb etdi. (Belə ki, Misir, Liviya və Tunisin yayımçıları da Avropa Yayımçılar birliyinə üzvdürlər)


SPEIGEL ONLINE: Tənqidçilər deyirlər ki, builki Eurovisiona sahihblik edən İctimai TV-nin proqramaları o qədər birtərəfli və hökumətə yaxındır ki, bu kanal Avropa Yayım Birliyinin qaydalarını pozur. Siz heç üzvünüz olan yayımçıların proqramlarına nəzarət edirsiz?


Deltenre: Sistematik olaraq yox. Amma bizə konkret siqnallar daxil olanda yoxlayırıq. Müəyyən mərhələdə biz Misir kanalının monitoringini keçirdik və həmçinin İctimai TV-lə bağlı bu işi görmüşük.


SPIEGEL ONLINE: Nəticəsi necə oldu?


Deltenre: Bu mənada aydınlaşdırdıq və ona görə də İctimai TV-yə daha çox jurnalizm treningləri təklif edəcəyik


SPIEGEL ONLINE: Belə çıxır ki, nəticəsi arzuladığınız qədər olmayıb


Deltenre: Bəli, amma eyni vəziyyət başqa ölkələrdə də var


SPIEGEL ONLINE: Deyirsiniz ki, söz azadlığını dəstəkləyirsiniz, ancaq AYB üzvləri əsl söz azadlığına əməl etməyəndə onlara sanksiya tətbiq olunmur.

Deltenre: Söz və mətbuat azadlığına gəldikdə, problem telekanalda deyil, hökumətdədir. Siz AYB üzvü olan telekanalın bir ölkədə nə edə biləcəyinin fərqini anlamalısınız. Mən indi təkcə Azərbaycan deyil, Belarus barədə də danışıram. Bu ölkədə hökumət real jurnalistikanın inkişafında qətiyyən maraqlı deyil. AYB-in əsas ideyası təcrid deyil, həmrəylikdir. AYB inanır ki, uzaq perspektivdə davamlı iş və daimi dialoq inkişafa aparır.

SPIEGEL ONLINE: Eurovision-ın televiziya direktoru Jørgen Franck deyir ki, «biz daha yaxşı və demokratik hüquqlar uğrunda dəyişiklik istəyirik. Buna görə də biz Avropa uğrunda savaşırıq. Ancaq biz prosesdə fəal iştirak etmirik, qoy bunu başqaları etsin». Bunu izah edə bilərsiniz?

Deltenre: Franck Mahnı Müsabiqəsi üçün məsuliyyət daşıyır. O, «Eurovision» Mahnı Müsabiqəsi (EMM) barədə danışır. Bu, köhnə ənənəli bir tədbirdir və aydın qaydaları var: Kim qalib gəlsə, gələn ilin tədbiri orada keçirilir. Nə qədər ki, buradayam, bu qayda dəyişməyəcək. EMM siyasiləşsə, bəzi üzvlərlə ikinci dərəcəli vətəndaşlar kimi davransaq və onlara desək ki, tədbirə ev sahibliyi edə bilməzlər, çünki onların ölkəsində çalınan musiqi bizim standartlara uyğun gəlmir, EMM məhv olar. Bu tədbir körpülər yaradır. Ancaq bu o demək deyil ki, bir qurum kimi bizim işlək demokratiya – xüsusilə də müstəqil və rəngarəng media barədə aydın fikirlərimiz yoxdur.

SPIEGEL ONLINE: Yəni «Eurovision» Mahnı Müsabiqəsi siyasi sistemdən asılı olmayaraq istənilən ölkədə keçirilə bilər.

Deltenre: Bəli, istənilən üzv ölkədə.

SPIEGEL ONLINE: Hətta Belarusda da.

Deltenre: AYB-nin bu günkü mövqeyi dəqiq belədir.

SPIEGEL ONLINE: AYB bu günlərdə qeyd edib ki, müsabiqə hətta 1969-cu ildə Franco-nun hakimiyyəti altında olan İspaniyada da keçirilib. Bilərəkdən vermək istədiyiniz mesaj nədir, EMM yaxınlaşmaqdan da qorxmur?

Deltenre: EMM televiziya tədbiridir, xalqları yaxınlaşdırır, heç kəsi istisna etmir. Bu, birləşdirici tədbirdir, ayırıcı deyil.

SPIEGEL ONLINE: AYB Azərbaycan hökumətindən zəmanət alıb ki, müsabiqə vaxtı İnsan Haqları Konvensiyasına hörmət ediləcək, bütün iştirakçılar və müxbirlərin azadlığı və təhlükəsizliyi təmin olunacaq. Bu, ironik addım deyilmi? Qanuna hörmət qoyulmayan bir ölkədə qanunun süni mini aliliyini yaratmaq deyilmi?

Deltenre: Bu, həqiqət olsaydı, tənqidi başa düşərdim. Avropa Şurasının üzvü olan Azərbaycan (bu insan haqları qurumunun 47 üzvü var və onlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmət etməyə borcludurlar) Avropa İnsan Haqları Konvensiyasını imzalayıb, bu sənəd bütün ölkəni əhatə edir.

SPIEGEL ONLINE: Bəs onda nəyə görə xüsusi bir təminat üçün müraciət edirsiz?

Deltenre: Mən 9 milyonluq əhalisi olan bir ölkə üçün qanuni təhlükəsizlik tələb edə bilmərəm. Mən ancaq xahiş edə bilərəm ki, tədbir təhlükəsiz yerdə keçirilsin. Bir də ki, bütün iştirakçıların təhlükəsizliyi təmin olunsun.

SPIEGEL ONLINE: Deməli növbəti bir neçə həftədə Bakıda hökumətə qarşı çıxan etirazçılar həbs olunsa, bunun EMM-ə dəxli olmayacaq, çünki müsabiqə iştirakçısı, yaxud turistlərdən saxlanan olmayıb?

Deltenre: Məncə, qanuna əməl edənlərə dinc aksiya keçirməyə icazə veriləcək.

SPIEGEL ONLINE: Rejim tənqidçilərinin paralel olaraq təşkil etdiyi «Sing for Democracy» («Demokratiya Naminə Oxu») musiqi festivalını dəstəkləyirsinizmi?

Deltenre: Heç bir formada. Biz bu məsələdə neytral mövqedəyik.

SPIEGEL ONLINE: Eyni zamanda EMM Azərbaycan hökumətinin dönə-dönə sözçüsü rolunda çıxış edir, sizin nümayəndələr Bakıdakı təhlükəsizlikdən danışır, yaxud adamları inandırır ki, tədbirin keçiriləcəyi yeni tikilmiş Crystal Hall-ın yaxınlığında evləri sökülən sakinlər lazımi kompensasiya alıblar.

Deltenre: Mən bu məsələnin həllinin ədalətli olub-olmadığını bilmirəm, ona görə də şərh verə bilmərəm. Bu məsələni qeyri-hökumət təşkilatları hökumətlə aydınlaşdırmalıdırlar.

SPIEGEL ONLINE: AYB-in imicinə təhlükə görürsünüzmü?

Deltenre: Qətiyyən inanmıram ki, müsabiqə Azərbaycanda keçirildiyi üçün AYB-in imicinə zərrə qədər də ziyan dəyəcək. Bu tədbir çox ölkələrə özlərinə diqqət çəkmək imkanı yaradır. Bütün iştirakçılar, təkcə Azərbaycan deyil, tədbirdən özlərini diqqət mərkəzinə gətirmək üçün istifadə edirlər. Bu, əsaslıdır. Bu müsahibənin baş tutduğu və sizin Azərbaycanda və AYB-də insan haqları ilə maraqlandığınız üçün də «Eurovision» Mahnı Müsabiqəsinə minnətdar olmalıyıq.

Müsahibəni Stefan Niggemeier aparıb.

XS
SM
MD
LG