Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Bakı şəhər rəhbərliyi İctimai Palataya yenə «20-ci sahə»ni göstərib


Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna bildirib ki, şəhər rəhbərliyi onlara aksiyanı Bibiheybət qəsəbəsi, «20-ci sahə», Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edib.

İctimai Palata mayın 19-da Bakının «Dərnəgül» metro stansiyasının yaxınlığında aksiya keçirmək istəyirdi:

«Bakı şəhər İcra Hakimiyyəti bizə yazıb ki, «Dərnəgül» metro stansiyası ətrafı maşınların intensiv hərəkəti, adamların sıx olan yerdir, burda aksiya keçirməyimiz məqsədəmüvafiq deyil. Halbuki həmin ərazidə tək-tük adam və ya maşın olur».

Bakı şəhər İcra Hakimiyyəti mayın 20-də piket keçirilməsini də məqsədəmüvafiq saymayıb.

T. Yaqublu deyir ki, İctimai Palata şəhər rəhbərliyinin bu qərarına etiraz olaraq mayın 21-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyi qərara alıb:

«Onu da qərara aldıq ki, mayın 25-də Bakı bulvarında gəzinti təşkil edək».

Bakı şəhər İcra Hakimiyyəti bir neçə dəfədir ki, İctimai Palatanın aksiya keçirməsi üçün «20-ci sahə»ni ayırır.
XS
SM
MD
LG