Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:38

«Eurovision 2012»nin «qalibi» vaxtından 1 həftə əvvəl müəyyən olunur [Video]


«Eurovision»da sənin favoritin hansı mahnıdır?
Gözlə

No media source currently available

0:00 0:54:51 0:00
Direct-ə keçid

Bu günlərdə Bakı və Eurovision sinonimə çevriliblər.

Bu mahnı yarışması ətrafında Facebookdakı ehtiraslar insan haqları, mülkiyyət hüquqları, iqtidar-müxalifət və ya Azərbaycan-İran münasibətləri kimi gözlənilməz fəzada əks-səda versə də, hər halda heç kim onun musiqi məzmununu inkar edə bilməz.
Eurovision ilk növbədə mahnı yarışması, musiqi bayramıdır.

AzadlıqFM də növbəti buraxılışını Eurovisionun birbaşa təyinatı üzrə müzakirələrə həsr etdi.

Dünyanın aparıcı mərc kontorlarının ehtimal əmsalları əsasında seçdiyimiz Eurovision-2012 mahnıları Facebookda və AzadlıqRadiosu.az saytında səsverməyə çıxarılıb.

Studiyaya dəvət etdiyimiz bəstəkarlar Vaqif Gərayzadə və Gövhər Həsənzadə bizim qeyri-formal münsiflər qismində bu ifaları müzakirə edəcək, onlara qiymət veriblər.

İsveç ifasının hansı məziyyətləri onu favoritlər sırasına çıxarır?

Azərbaycanın dalbadal 2 dəfə qələbə qazanmaq şansı nə qədər böyükdür?

İngilis dilində “yeyib-içmək” tələb edən “Buranovo nənələri”nin Rusiya kimi Avropanın da qəlbinə yol tapmaq ehtimalı varmı?

Vaqif Gərayzadənin qiyməti:

- İsveçin mahnısı ilk onluğa düşəcək. Fikrimcə, bu mahnı qalib olsa da, Avropanın radio stansiyalar tərəfindən bir il sonra da təbliğ edilən mahnıların sırasında olacaq. Rusiyanın nənələri səhnəyə çıxanda müsbət emosiya doğuracaq, amma qalib gələcəyinə inanmıram. Böyük Britaniyanın təmsilçisi Humperdinck əfsanəvi bir müğənnidir, mahnı yer tura bilər.

Gövhər Həsənzadənin qiyməti:

- Mən də elə bilirəm ki, müsabiqədən sonra da İsveçin mahnısı dinləniləcək. Yəni, heç kəsə zorla dinlətməyəcəklər, özləri sevə-sevə dinləyəcəklər. Elə bilirəm ki, Rusiya bu dəfə qalib olmaq iddiasında deyil. Əslində Rusiyanın böyük seçim imkanı var, amma bu dəfə iddialı deyillər. İtaliya təmsilçisinin mahnısı yaxşıdır, amma təəccübləndirən mahnı deyil. Böyük Britaniya müğənnisi bizə 80-ci illəri xatırladır, güman etmirəm ki, indiki gənclər bu ruhu tutub qiymət verə bilsinlər...

Bəstəkarların digər Eurovision-2012 mahnılarla bağlı rəylərini aşağıdakı linkdən dinləyə bilərsiniz.

XS
SM
MD
LG