Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:51

Aclıq edənlərin sayı 12-yə çatdı


Aclıq aksiyası keçirən İctimai Palata üzvlərinin sayı 12 nəfərə çatıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Mayın 19-da sabiq Baş nazir Pənah Hüseyn də aksiyaya qoşulub. Aclıq aksiyası keçirənlərdən 4-ü qadındır.

İctimai Palatanın bir qrup üzvü mayın 15-dən Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir.

Əsas tələbləri İctimai Palatanın 2 aprel 2011-ci il aksiyası zamanı həbs olunanların, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin azad edilməsidir.

Məqsəd həm də «Eurovision 2012» ərəfəsində Azərbaycanda olan xarici jurnalistlərin və beynəlxalq təşkilatların diqqətini Azərbaycanda insan hüquqlarının hazırkı vəziyyətinə yönəltməkdir.
XS
SM
MD
LG