Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:55

Qubernatora verilən qutudan şərab əvəzinə 278 min manat çıxdı, həbs edildi


Çex mediası qubernator David Rath-ın həbsi barədə xəbər verir.
Çex mediası qubernator David Rath-ın həbsi barədə xəbər verir.
-


Çex Respublikasında mərkəzi Bohemia regionun qubernatoru David Rath 7 milyon çex kronu – təxminən 278 min manat rüşvət almaq ittihamı ilə tutulub. Çex mediasının xəbərinə görə polis Avropa Birliyinin subsidiyası ilə tikilən böyük bir xəstəxanada korrupsiyadan çoxdan şübhələnirmiş.

David Rath Çex Sosial Demokrat Partiyasından deputatdır. O, bildirir ki, polis səlahiyyətlərini aşıb və siyasi motivlə bu həbsi həyata keçirib.

Artıq vəzifəsindən istefa vermiş keçmiş qubernator iddia edir ki, ona deyiblər ki, maşınına qoyulan bir qutunun içində hədiyyəlik şərab var. Amma polis həmin qutunu açanda içərisində 7 milyon kron nəğd pul çıxıb.

Sosial Demokrat Partiyasının sözçüsü deyib ki, Rath indiki hökumətin kəskin tənqidçisi idi: “Biz bu həbsin siyasi motivli olmadığına dair polisin açıq təminat verməsini gözləyirik.”

David Rath həbsdən azad edilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Polis qubernatorla yanaşı daha 7 nəfəri maliyyə fırıldağı ittihamı ilə həbs edib.

Daxili İşlər Nazirliyinin Korrupsiya və Maliyyə Cinayətlərinə qarşı mübarizə idarəsinin rəhbəri bildirir ki, bu məsələnin araşdırılmasına 100 nəfərdən çox polis əməkdaşı cəlb olunub.
XS
SM
MD
LG