Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Təbriz, Urmiya, Miyana və Mərənddə kütləvi etiraz aksiyaları keçirilib


Təbrizdə Urmiyə göülünün qurumasına qarşı tədbirlər görülməsini tələb edən azərbaycanlı fəalların etiraz aksiyası, 21 may 2012-ci il.
Təbrizdə Urmiyə göülünün qurumasına qarşı tədbirlər görülməsini tələb edən azərbaycanlı fəalların etiraz aksiyası, 21 may 2012-ci il.

Mayın 21-də İran Azərbaycanının Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiyya gölünün müdafiəsi tələbilə kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları bu gölə gələn çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını və göülün qurumaqdan xilas olunmasını tələb ediblər. Aksiya iştirakçıalrı “Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir” və hökumət əleyhinə başqa şüarlar səsləndiriblər.

Aksiyada çox sayda saxlananlar haqda məlumatlar gəlir. Azərbaycanlı fəallar təkcə Təbrizdə onlarla adamın tutulduğunu deyirlər.

Azərbaycanlı fəallar hesab edirlər ki, hökumət bu gölün qurumasına qəsdən mane olmur. Çünki onun quruması gölün ətrafında Azərbaycan türklərinin yaşayış məskəınlərini tərk etməsinə səbəb olardı. Onlar deyirlər ki, artıq Urmiya gölünün 75 faizinin quruyub.

Son illər azərbaycanlı fəallar tez-tez bu gölün müdafiəsi üçün etiraz aksiyaları ekçririlər. Onlar hesab edirlər ki, su mənbələrinin tükənməsi və effektiv su idarəçiliyi çatışmazlığı üzündən göl belə problemlə üzləşib.

Keçən il İran polisi Təbriz, Urmiya və başqa şəhərlərdə keçirilən etiraz aksiyalarında 100-dən çox adamı saxlayıb. Onların bəziləri hələ də həbsdədir.

VİDEO: Mayın 21-də Urmiya şəhərində keçirilmiş etiraz aksiyasından görüntülər:


Yaxın Şərqin ən böyük duzlu göllərindənbiri hesab edilən Urmiyanin quruması onun ətrafındakı yaşayış məskənləri üçün ciddi təhlükələr yaradır. Gölün müdafiəsi üçün təcili tədbirlər görülməsi tələbi bir neçə dəfə İran parlamentində də səslənib. Amma hakimiyyət təmsilçiləri gölün qurumasının təbii səbəblərdən baş verdiyini deyərək, məsələnin müzakirəsinə imkan verməyiblər.
XS
SM
MD
LG