Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:21

Azərbaycanda ticarətə imkan verilirmi?


Dünya İqtisadi Forumu Global Ticarətə İmkan Vermək adlı hesabatını yayıb.

Dünyanın 132 ölkəsində ticarət sahəsindəki durum təhlil olunub.

Azərbaycan ticarət üçün əlverişli şəraitə görə 2 il əvvəlki hesabatla müqayisədə 4 pillə geriləyib və 81-ci yerə düşüb

Sahələr üzrə götürüləndə, daxili və xarici bazarlara çıxışa imkan vermək sahəsində Azərbaycan 57-ci, sərhədlərdə ticarətin idarə olunmasına görə 107-ci, nəqliyyat infrastrukturuna görə 69-cu, biznes mühitinin inkişafına görə 59-cu yerlərdədir.

Ticarət üçün ən əlverişli şərait Sinqapur və Honkonqdadır.

Azərbaycanla eyni regiondan olan ölkələrdən Türkiyə 62-ci, Rusiya 112-ci, Gürcüstan 38-ci, Ermənistan 59-cu yerdədir.

Maraqlıdır ki, ticarətə yaradılan şərait ABŞ-da, Çində və Hindistanda son 2 ildə pisləşib.
XS
SM
MD
LG