Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:55

XİN: İran Azərbaycandan üzr istəməlidir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
«Azərbaycanın ünvanına xoşagəlməz və təxribat xarakterli şüarlar səslənməsinə görə İranın üzr istəməsini gözləyirik».

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, İran Xarici İşlər naziri Ali Akbar Salehi'nin Azərbaycanla bağlı verdiyi açıqlamanın üzərində duraraq bunu lazım bilib.

E.Abdullayev bildirib ki, İran rəhbərliyi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında yenidən aksiyaların keçirilməsinə yol verməməlidir.

E.Abdullayev Azərbaycanın İrandakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması və ona nota verilməsi barədə məlumatlara da aydınlıq gətirib. O deyib ki, Azərbaycan səfiri İran XİN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib.

Mayın 24-də İranın Azərbaycandakı səfirliyi bu ölkənin Xarici İşlər naziri Ali Akbar Salehi'nin açıqlamasını yayıb. Açıqlamada nazir bunları deyib:

«Ümidvarıq ki, Azərbaycan hökuməti Azərbaycan dövlətinə və xalqına yaraşmayan, İran səfirliyi qarşısında baş vermiş son yanlış hərəkətə reaksiya verəcək. Onu pisləyəcək və bir daha belə hadisələrin təkrar olmasına yol verməyəcək».

İran Xarici İşlər naziri sonra əlavə edir: «Hal-hazırda ikitərəfli əlaqələr sahəsində lazımi siyasi addımlar atılmaqdadır. Dini prinsiplərdən irəli gələn məsələlər çox həssas olduğundan hamı bu məsələlərdə diqqətli olmalıdır. Yoxsa heç bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil».
XS
SM
MD
LG