Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:57

İranda yox çıxmış şairlərdən şad xəbər


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
Təbrizdə yoxa çıxmış azərbaycanlı şairlərdən şad xəbər var. Şəhriyar del Gerani bu gün atasına, Fərid Hüseyn isə anasına Təbrizdən zəng edib.

Bu haqda Kulis.az-a Şəhriyarın atası Hacı Mail məlumat verib:

“Oğlum dedi ki, müstəntiqin telefonu ilə zəng edir. Dedi hər şey qaydasındadı, yaxşı yerdə saxlayırlar onları. Yemək-içməkləri qaydasındadır”.

Saxlanma səbəbləri ilə bağlı Şəhriyar atasına bunları deyib: “Oğlum dedi ki, onlar İrana gedəndə konsulluqda qeydiyyatdan keçməyiblər. Onları buna görə saxlayıblar. İndi İranın Azərbaycandakı səfiri Təbrizdəki Azərbaycan konsulluğuna tələbnamə göndərməlidir. Bundan sonra onları sərbəst buraxacaqlar. Bunun üçün 2 gün vaxt lazımdır”.

Fərid Hüseynin dayısı Sənan Kulis.az-a açıqlamasında deyib ki, Fərid həm anası ilə, həm də onunla danışıb: “Hər şeyin qaydasında olduğunu dedi. Saxlanma şəraitindən şikayətçi olmadığını bildirdi”
XS
SM
MD
LG