Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:40

Bəxtiyar Hacıyev azadlığa buraxılıb


Bəxtiyar Hacıyev jurnalistlərin suallarını cavablandırdı
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Bəxtiyar Hacıyev jurnalistlərin suallarını cavablandırdı

«NECƏ HƏBS EDİLMİŞDİMSƏ, ELƏCƏ DƏ BURAXILDIM»

«Mənim həbsim siyasi qərar idi. Necə həbs edilmişdimsə, eləcə də buraxıldım». Bəxtiyar Hacıyev AzadlıqRadiosuna müsahibəsində belə deyib. O azadlığa buraxılmasında prezident İlham Əliyevə müraciətinin təsiri olduğunu da istisna etməyib: «Yəqin bunun da təsiri olub».

Bəxtiyar Hacıyev azadlığa buraxılması üçün dövlət başçısına müraciətin birmənalı qarşılanmaması haqda sualı da belə cavablandırıb: «Ola bilər».

«AZADLIQDA OLMAQ ÇOX YAXŞI HİSSDİR»

Bunu da Bəxtiyar Hacıyev deyib. O AzadlıqRadiosuna gələcək planlarından da danışıb. O, hələlik dincələcəyini, daha sonra xaricə gedəcəyini bildirib.

Az sonra saytımızda Bəxtiyar Hacıyevlə müsahibənin tam mətnini və video görüntüsünü yerləşdirəcəyik.

BƏXTİYAR HACIYEV MƏHKƏMƏYƏ GƏTİRİLİB

Bəxtiyar Hacıyev
bir qədər əvvəl Ali Məhkəməyə gətirilib. O iyunun 4-nə təyin edilmiş ikinci məhkəmə prosesində iştirak edib.

Gənc fəal proseduralara uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin 21 may qərarından verdiyi kasasiya şikayətindən imtina edib.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, hazırda sənədləşmə işləri gedir. Az sonra o, azadlığa buraxılmalıdır.

ALİ MƏHKƏMƏ BƏXTİYAR HACIYEVİN LEHİNƏ QƏRAR VERDİ

Gənc fəal Bəxtiyar Hacıyev azadlığa buraxılır. Bu haqda qərarı Ali Məhkəmənin hakimi Əli Seyfəliyev iyunun 4-də verib. O, Bəxtiyar Hacıyevin Bakı Apelyasiya Məhkəməsindən olan şikayətini təmin edib.

Və cəzasının başa çatmasına 9 ay qalmış şərti olaraq azadlığa buraxılması haqda qərar verib.

Bəxtiyar Hacıyev özü məhkəmə iclasında iştirak etmir. Az sonra onun əvvəldən planlaşdırılan ikinci məhkəmə iclasına gətiriləcəyi gözlənir.

«Biz bu xəbərə qismən sevinirik. Çünki vicdan məhbuslarından hələ də içəridə olan var». Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna belə deyib.

«Əlbəttə bu qərara münasibətim müsbətdir. Çünki oğlanı heç nədən qazamatda saxlayırdılar». Hüquq müdafiəçisi Leyla Yunus Bəxtiyar Hacıyevin azad edilməsini belə dəyərləndirir.

Amma Leyla Yunus bir məqama diqqət çəkir, Bəxtiyar Hacıyevin prezidentə müraciət etməsindən sonra azadlığa buraxılmasına: «İlham Əliyev orta əsrlərdəki kimi mühit yaradıb. Yəni padşah mənəm. Siz qanuna yox, Konstitusiyaya yox, məhkəməyə yox, beynəlxalq qurumlara yox, şəxsən padşaha müraciət etməlisiz. Bu, orta əsr yanaşmasıdır».

Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma beynəlxalq qurumlar və gənc fəal özü siyasi baxışlarına görə həbs edildiyini bildirirdi.

Buna qədər o bir neçə dəfə vaxtından əvvəl azad edilməsi üçün məhkəməyə müraciət etmişdi.

Ötən həftə isə o prezident İlham Əliyevə azad olunması üçün məktub yazmışdı.
XS
SM
MD
LG