Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:56

Oqtay Gülalıyev azadlığa buraxılıb [Video]


Oqtay Gülalıyev azadlığa buraxılıb
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Oqtay Gülalıyev azadlığa buraxılıb

İyunun 13-də «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının həbsdə olan koordinatoru Oqtay Gülalıyev azadlığa buraxılıb. AzadlıqRadiosuna müsahibəsində Gülalıyev bildirib ki, hazırda o, vəkili ilə birgə bəzi hüquqi proseduralarla bağlı Sabirabad rayon polis idarəsinə gedir, daha sonra isə Bakıya gələcəklər.

Oqtay Gülalıyevin vəkili Yalçın İmanov isə AzadlıqRadiosuna deyib ki, cinayət işinin materialları ilə tanış olandan sonra «cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi», həmçinin «həbs qətimkan tədbirinin ləğv olunması və ya dəyişdirilməsi»nə dair vəsatətlər verib.

Həmin vəsatətlərin əsasında Sabirabad rayon məhkəməsi iyunun 13-də həbs qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar verib.

O. Gülalıyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan istintaq təcridxanasına gətiriblər.
XS
SM
MD
LG