Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Mehman Hüseynov həbsdən buraxıldı, amma cinayət işi davam edir


Mehman Hüseynov həbsdən buraxıldı. Cinayət işi hələ davam edir...
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Mehman Hüseynov həbsdən buraxıldı. Cinayət işi hələ davam edir...

Foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovu istintaq zamanı həbsdə saxlanmayacaq. Bu haqda Səbayıl rayon məhkəməsi qərar çıxarıb.

Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.

İlkin olaraq ona Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddə ən ciddi cəza tətbiqi 1 ilə qədər həbsi nəzərdə tuturdu. Lakin AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəmədə ittihamın dəyişdiyi məlum olub.

İndi Mehman Hüseynova qarşı 5 ilədək həbs cəzası nəzərdə tutan 221.2.2-ci maddə üzrə cinayət işi əsasında istintaq aparılacaq. Bu maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqaviməti nəzərdə tutur.
Xatırladırıq ki, iyunun 12-də Mehman Hüseynovun saxlanmasını şərh edən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına müqavimət göstərib:

İyunun 13-də Bakıda səfərdə olan AŞPA nümayəndələri mətbuat konfransında Mehman Hüseynovun həbsdən buraxılacağını vəd etmişdilər.

Mehman Hüseynov ittihamları rədd edir və ona qarşı açılan cinayət işinin əsasında siyasi motivlərin olduğunu bildirir.
XS
SM
MD
LG