Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:38

Heydər Əliyevin iqtisadi inkişaf modelinin Naxçıvan möcüzəsi


Vasif Talıbov, Heydər Əliyev, İlham Əliyev
Vasif Talıbov, Heydər Əliyev, İlham Əliyev
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


27 aprel 2012. Sayı: 77(20.482)


TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR

Şərur rayonunda 54 tam orta, 5 ümumi orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 10 min 168 şagirdin təlim – tərbiyəsi ilə 1750 müəllim məşğul olur. 2011-ci ildə tam orta məktəbi bitirən məzunlardan 70,5 faizi, yəni 615 ali məktəblərə sənəd vermişdir ki, onlardan da 274 nəfəri, yəni əvvəlki tədris ilindəkindən 60 nəfər artıq məzun tələbə adını qazanmışdır. Abituriyentlərin 32 nəfəri 500-dən, 7 nəfəri isə 600-dən çox bal toplamışdır.

Şərur rayonunda tikinti – quruculuq işlərinin bir qolunu da yeni məktəb binalarının tikintisi, mövcud tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması təşkil edir. Son illər rayonda 34 məktəb tikilərək, yaxud əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu cəhətdən 2011-ci il də istisna deyil. Belə ki, ötən il inşa olunan 216 yerlik Siyaqut və 468 yerlik Çomaxtur kənd tam orta məktəbləri, əsaslı şəkildə yenidən qurulan Yuxarı Daşarx və Düdəngə kənd tam orta məktəbləri öz qapılarını müəllim və şagirdlərin üzünə açmışdır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İQTİSADİ İNKİŞAF MODELİNİN NAXÇIVAN MÖCÜZƏSİ

Müasir tariximizin 40 ildən artıq bir mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının böhrandan çıxması mərhələsi başlandı. Dahi şəxsiyyət ölkənin inkişafını iqtisadi islahatların aparılmasında görürdü. Çünki, dərin iqtisadi böhrana düçar olmuş respublikamızı bu böhrandan xilas etmək və yeni inkişaf yoluna çıxarmaq yalnız islahatlar yolu ilə mümkün ola bilərdi. Ona görə də ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələn kimi çıxışlarının birində bəyan etdi ki, «Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olunması və bazar iqtisadiyyatı, sahibkarlıq yoludur.

Xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının ötən dövrdə ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin inkişafı prosesində dinamizmin və iqtisadi inkişafın davamlılığını təmin etmiş, qarşıda duran vəzifələrin həlli üçün real imkanlar açmışdır.

Ümummilli liderimizin ən böyük xidmətlərindən ondan ibarətdir ki, müstəqil Azərbaycan dövlətinin əsasını qoyarkən sosialyönümlü bazar iqtisadiyyatı modelini seçmişdir. Ulu öndərimiz ölkənin inkişafını, tarixi şəraitini, təbii resursların mövcudluğunu, əhalinin adət və ənənələrini, məhsuldar qüvvələrin inkişaf səviyyəsini, milli xüsusiyyətləri, təbii şəraiti nəzərə alaraq iqtisadi inkişafın modelini – Azərbaycan modelini yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov «Naxçıvan möcüzəsini» belə xarakterizə edir: «Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları nəzərə alınanda istənilən möcüzəni yaratmaq olar».
XS
SM
MD
LG