Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:52

«Şəxsi torpağımda ev tikə bilmirəm»


Foto: Arxiv
Foto: Arxiv
Bakı sakini Abdulla Abdullayev AzadlıqRadiosunun «Qaynar xətt»inə qanuni aldığı torpaq sahəsində ev tikə bilməməsindən şikayət edib:

«Abşeron rayonu, Saray qəsəbəsində 3 sot torpaq almışam. Qanuni şəkildə xüsusi mülkiyyətimdədir. Ev tikmək istəyirəm, deyirlər rayon icra hakimiyyətinin başçısının sərəncamı alınmalıdır. İcra hakimiyyətində məndən 60 manat rüsum və 1900 manat da əlavə pul istədilər. Mənim bildiyimə görə, prezidentin fərmanı var ki, ev 12 metrdən hündür deyilsə, yerli icra hakimiyyətini xəbərdar edib evi tikməyə başlaya bilərsən. Mənim də evimin hündürlüyü heç 8 metr deyil, 190 kvadrat tikməyi nəzərdə tutmuşam, hər kvadratına görə 10 manat ödəməliyəm. Ancaq mən ora gələnlərdən maraqlandım, dedilər ki, «Kapitalbank»a 60 manat rüsum ödəyib, qəbzini sənədlərə tikib vermişik, vəssalam».

Abşeron rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirdilər ki, Abdulla Abdullayevdən istənilən pul qanunidir. Tikilinin layihəsini icra hakimiyyətinin memarları çəkirsə, hər kvadrata görə 10 manat rüsum ödənilməlidir. Ya da Abdulla Abdullayev layihəni qanuni fəaliyyət göstərən memarlıq şirkətlərindən birinə hazırlatmalıdır.

Hüquqşünas Namizəd Səfərov da eyni sözləri dedi və bildirdi ki, Abdulla Abdullayevin torpaqla bağlı sənədlərində icazəsi varsa, evi tikmək üçün nəinki icra hakimiyyətinə pul verməməlidir, hətta buna görə icra hakimiyyəti başçısından sərəncam gözləməsinə də ehtiyac yoxdur. 60 manat dövlət rüsumunu ödəyib sərəncamı gözləməlidir. Sərəncam 21 gün ərzində verilir. Layihəni yerli icra hakimiyyətinin memarlıq şöbəsinə hazırladacaqsa, o zaman hər kvadratına görə 10 manat ödəməlidir.
XS
SM
MD
LG