Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:38

Bu lətifənin “Azərbaycan nağılları” kitabına salınması düzgündürmü? (OXU)


"OxuZalı"nda ən çox oxunan

Bu lətifə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun çap etdiyi “Azərbaycan Folkloru Külliyatı”nın VI cildində yer alıb. Kitab “Nağıllar” adlanır.

Bu lətifənin, sizcə, “Azərbaycan nağılları” kitabına salınması düzgündürmü?


ARZUOLUNMAZ KÜRƏKƏN


Bu nağılı mən tam yiyif içəndə, kefimiz kökələndə danışıram.

Orda məclisdə çəkilirik bir qırağa, orda xayiş eliyillər da gülək, bir gülməli söhbət... Heylə yerdə belələri var, danışıram.

Bir kişi köçəri olur, tərəkəmə deyirik biz.

Elə bil ki, bu rayonun köçərisiylə, o biri rayonun köçərisi hamısı gedillər dağa.

Gedif gəlir, yolda tanışlaşıllar, dağda tanışlaşıllar. Sən hansı rayondansan, b...liyəm, mən hansı rayondanam, y...lıyam. Bu tanışlıxla əlaqədar olarax, b...linin qızını y...lı alır oğluna.

Nişan qoyullar. Nişan qoyulannan bir müddət keçir, dağdan enif gəlillər. İndi toy eliyəjəhlər. Bərk də diyir, şehləmişdi, qəşənh, göy otduğ idi, çəmənlik idi. Boş düz idi, əkin-zad yox idi. Bir-birisinə yaxın düşmüşdülər, araları elə bil, bir kilometr olardı. Alaçıxlar tikilif, səhərdi.

Axşam kişi fikkirəşir, ailəsinə diyir ki, o ailə bizə tay gələn deyil, səhvə yol vermişik. Bu qohumluğu pozmalıyıx. Elə eləmək lazımdır ki, taxsır bizdə olmasın, taxsır onnarda olsun. Onnar tərəfdən pozulsun, biz tərəfdən yox.

Səhər-səhər idi, diyir, sac asmışdı arvad, qızın anası, çörəh bişirəjəhdi. Nişannı oğlan gedir bunnara, şehləmişdi diyir. Arvad görür ki, gələcək kürəkəni gəlir. Keçir evə ki, döşəh gətirif salsın onun altına. O gəlincə bu sajın yanına çatıf şehli, göy otun üstünə oturur. Arvad əlində döşəh gəlir. – “Ay bala, ay bala, dur ayağa”. – “Nədi?” Deyir ki, ay bala, döşəh qoyum yer şehdi, qarnın ağrıyar. Deyir: “Ay rəhmətdiyin qızı, götümdə döşəhdən qalın qıl var”. Arvad hirslənir. “Ə, bu mənnən qohum olmax isdiyir, bu belə biədəb danışır. Bu nə mərifətsiz adamdı, bunna qohum olmax olmaz”. Uje burda bünövrəsin qoydu, nə mərifətsiz adamdı, bunnan qohum olmax olmaz”. – “Ə, bunun böyüyü var, kiçiyi var, bu nə qanmaz adammış”. Arvad dilxor olur, bu yandan da peşman olur ki, qızı buna verdik. Bu hələ evlənməyif ağzına gələni danışır, mənim yanımda. Gedim böyüyünə deyim ağzına bir qapaz vursun da.

Gəlir, diyir, böyük qardaşı qoyunu yaymışdı, özü isə ağaca söykəf durmuşdu. Görür ki, arvad hirsdi-hirsdi, saj da ocağın üstündə tüsdü götürüf oranı, qoyuf gəlir. Çatır: “A bajı, noluf səhər-səhər, xeyirdimi? Deyir: “Ə, siz murdar adamlarsız, sizinlə mən gəlif qohum oluram. Nə mərifətsiz, qanacaxsız adamlarsız, ə!” Deyir: “Ay xala əməlli danış, u nə sözdü, bizi niyə təhqir eliyirsən?” Deyir?: “Təhqir olunmalı adamlarsız”. Deyir: “Nolub ey!” Deyir: “Ay bala, bu qanmazınızı qandırın”. – “Ay bajı, qanmazımız nağayrıf?” – “Nağayrajax ki?” Gəlir, yer göm-göy ot, şeh-su, gedirəm döşəh gətirəm altına qoymağa, döşəyi qəbul eləmir ki, neynirəm döşəyi, götümdə döşəhdən qalın qıl var. Belə söz olar? Biz hələ qohum olmamışıx. Belə olsa, bizim qohumluğumuz tutmuyajax. “ Deyir: “Aaz, nə danışırsan sən, pox yiyir. Dünən onun götünü s..mişəm, onun götündə qıl nə gəzir?” Arvad hirsdənir ki, bunun böyüyü görə nə danışdı. Əli üzülür hər şeydən, diyir: “gedim atasına diyim, bulara heç olmasa qanacax, mərifət versin”.

Diyir, kişi at ilxısının böyründə duruf baxır. Arvad tumanıın balağıın alır əlinə, qaçır kişinin yanına. Kişi diyir ki, a bajı, özüü nə həlak edirsən, nədi, niyə gəlmisən? Deyir: “Ə, bajın ölsün sənin, mərifətsiz köpəyuşağı”. – “A bajı, əməlli danış, bizi niyə biabır eliyirsən?” Dərdin nədi?” Diyir: “dərdim nə olajax, ə? Oğlun gəlif, döşəh qoyuram, diyir götümdə döşəhdən qalın qıl var, döşəyi götürmür” Gəlif böyüyünə deyirəm, böyüyü deyir, onun götündə qıl nə gəzir, onu belə-belə eləmişəm. Nətəər uşaxlardı bunnar? Bulara öyüd ver, nəsiyyət ver”. Deyir:” A bajı, Allah uların layağıın versin. Dağda dana s..irdim, hürkütdülər, dana s..imi qırmışdı” – deyəndə arvadın təpəsindən tüsdü çıxır. Ürəyində qəti qərar verir ki, qız vermək yoxdu da. Bular insan döyül.

Baxıf görür ki, alaçığın qabağında qızının gələcək qayınanası saj asır. Bular çölçülərdi da, gündəlik yuxa bişirillər. Arvad da baxırdı, diyir: “ Gərəsən, noluf?” Taa əlacı hər şeydən kəsilir, tərpənir arvada şikayət eləməyə. Çatır arvada. Arvad diyir:” A başaa dönüm, noluf, nə vurhavurdu, ora yüyürüsən, bura yüyürürsən? Nə dərdin var?” Diyir: “ Aaz, bajın ölsün sənin, siz nə murdar adamlarsız, siz nə mərifətsiz adamlarsız. Aaz, siz heş salam verməli də adamlar döyülsüz. Siz insan döyülsüz ey! Bajı, bir də mənim qapımı açmayın, mənim qapıma gəlməyin. Mənim sizə veriləsi qızım yoxdu, qurtardım sizinlə”. – “ Aaz, niyə biz insan döyülük, əməlli danış, dərdini de”. “Aaz, nə dərdimi deyəjəm. Balaca oğlun gəlir, belə deyirəm, mənə cavab verir. Atasına diyirəm, atası belə cavab verir. Siz nə təhər murdar millətsiz. “. – deyəndə arvad oxloyu əlində tutmuşdu. Oxloyu hərriyir, ujun soxur götünə, çıxardır, uzadır bunun burnuna. Deyir: “iylə, onnarın dərdini çəkməhdən, içim iylənif.” Qayıdır öyə, qəti qərar verir ki, daa qızı bulara vermək yoxdur. Daa bunnan bunnarın qohumluğu pozulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası

Azərbaycan Folkloru külliyatı. 6-cı cild, “Nağıllar”, Bakı, 2007 (Səh., 322-324)

Tərtib edənlər: Hüseyn İsmayılov, Oruc ƏIiyev

“Nağıl”ın kimin dilindən toplandığı kitabda qeyd edilməyib. “Nağıl”dakı rayon adları kitabda tam yazılıb.

Folklor külliyyatı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.

Redaksiya Heyəti

Hüseyn İsmayılov, filologiya elmləri doktoru (sədr)
Teymur Bünyadov
Oruc Əliyev
Tofiq Hacıyev
Paşa Əfəndiyev
Qara Namazov
Azad Nəbiyev
Seyfəddin Rzasoy və b.

XS
SM
MD
LG