Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:59

Dövlət Neft Fondu məşhur şirkətlərin səhmlərini almaq istəyir


Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mösümov
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mösümov
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2012-ci ilin sentyabrından məşhur beynəlxalq şirkətlərin səhmlərini almaq niyyətindədir.
Bu haqda fondun icraçı direktoru Şahmar Mösümov məlumat verib. O bunun üçün 600 milyon dollar ayrıldığını bildirib. Şahmar Mövsümov Fondun xarici valyuta almaqda davam edəcəyini də bildirib.
Dövlət Neft Fondundan 2012-ci ilin birinci yarısında büdcəyə transfer 4,6 milyard manat olub. (5.8 milyard dollar).
2012-ci ilin iyulun 1-ə olan məlumata görə, fonda 32,7 milyard dollar yığılıb. 2011-ci ilin sonunda bu rəqəm 32,0 milyard idi. İlin sonuna qədər Fondun aktivlərinin 34-35 milyard dollara çatacağı planlaşdırılır.
Şahmar Mövsümov deyib ki, Dövlət Neft Fondu xaricdən qızıl almağa 2012-ci ilin fevralından başlayıb. 2012-2013-cü illər ərzində isə ümumilikdə 15 ton qızıl almağı planlaşdırır.
Şahmar Mövsümov deyib ki, “indiyə qədər qızıl investiyamız fondu iyulun əvvəlinə 6,85 tona çatıb”. Qızıllar isə Londondakı JP Morgan-da saxlanılır.
Şahmar Mövsümov deyib ki, Fond Avstraliya dolları və türk lirəsi də almağa başlayıb. İndiyə qədər 200 milyon Avstraliya dolları, 800 milyon türk lirəsi alıb. Gələn həftələrdən isə 400-500 milyon dollar dəyərində olan rus rublu almağa başşalayacaq.
XS
SM
MD
LG