Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:55

Keşlə qəsəbəsindəki metalyayma zavoduna hücum olub [Video]


Zülfüqarlı qardaşlarının da metal zavoduna hücum olub
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00
Direct-ə keçid

Zülfüqarlı qardaşlarının da metalyayma zavoduna hücum olub

-
SAHİBKARLAR DƏSTƏYƏ QALXDI


Sahibkarlar mülkigeyimlilərin hücumuna məruz qalan metalyayma müəssisəsinin müdafiəsinə qalxıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, indiyə qədər eyni problemlə üzləşən və fəaliyyəti dayandırılan 15-ə yaxın müəssisənin rəhbəri Zülfüqarlı qardaşlarına dəstək üçün zavodun qarşısına yığışıb.

Zülfüqarlı qardaşlarının zavoduna hücum edən idmançıların gəldiyi avtomobillərin şüşələrində «Baku Steel Company» sözləri yazılıb.

ZAVODDA QARŞIDURMA OLUB, 2 NƏFƏR POLİSƏ APARILIB

Zülfüqarlı qardaşlarının Keşlə qəsəbəsindəki metalyayma zavoduna avqustun 16-sı 13:30 radələrində yenidən hücum olub.

Zavodun müdafiəsinə qalxan 70-ə yaxın adamla mülkigeyimlilər arasında qarşıdurma yaranıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, zavod rəhbərliyinin Daxili İşlər Nazirliyinin «102» məlumat xidmətinə müraciətindən sonra hadisə yerinə polislər gəliblər.

Müəssisəyə hücum edənlərdən 2 nəfər və zavodun icraçı direktoru polisə aparılıb.

«Zavoda hücum edən digər mülkigeyimlilər isə hələ də ərazidədirlər, onlar zavodun içərisinə girməyə cəhd edirlər. Ərazidə polis görünmür. Polislər 3 nəfəri özləri ilə aparıb gediblər».

Bir nəfərin xəsarət aldığı bildirilir. Gərginlik davam edir.


MÜLKİGEYİMLİLƏRİN HÜCUMUNA MƏRUZ QALAN ZAVOD ÖZÜNÜN MÜDAFİƏSİNƏ QALXIB

«Daha bir metalyayma zavoduna mülkigeyimlilərin hücumu ciddi qarşıdurma ilə nəticələnə bilər». Belə bir xəbərdarlıqla Keşlə qəsəbəsindəki zavodun sahibi, hazırda Türkiyədə mühacirətdə olan Nurəddin Zülfüqarlı çıxış edib.

Zülfüqarlı qardaşlarının Bakının Keşlə qəsəbəsindəki sonuncu zavoduna avqustun 15-i axşam saatlarında hücum olub.

Zavoddan bildirildiyinə görə, iri cüssəli mülkigeyimlilər bu dəfə də «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədovun göstərişi ilə gəldiklərini deyiblər.

Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov AzadlıqRadiosuna müraciət edərək baş verən hadisələrin qarşısının alınması ilə bağlı hüquq-mühafizə orqanlarından kömək istəyib:

GÜC STRUKTURLARINDAN KÖMƏK İSTƏYİRƏM

«İndi Zülfüqarlı qardaşlarının bütün qohumları zavoda yığılıb və Nurəddin mənə bildirdi ki, onlar zavodu heç kimə təhvil verməyəcəklər və öz əmlaklarının öz gücləri ilə sona qədər qoruyacaqlar. Bildirdi ki, əgər indiyə qədər mülkigeyimlilər tərəfindən zavodlara hücumların qarşısını almaqda hökumət acizlik çəkirsə, onlar öz əmlaklarını öz gücləri ilə saxlayacaqlar. Mən hüquq-mühafizə orqanlarından, güc strukturlarından kömək istəyirəm, baş verə biləcək qarşıdurmanın qarşısını alsınlar».

Aslan İsmayılov deyir ki, o, artıq baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Onun sözlərinə görə, zavod sahibi Nurəddin Zülfüqarlı özü də artıq Türkiyədən Baş Prokurorluğun qaynar xətt telefonuna hadisə ilə bağlı məlumat verib.

Vəkil baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin məsuliyyət daşıyacağını deyir:

MÜLKİGEYİMLİLƏR YENİDƏN QAYIDACAQLARINI DEYİBLƏR

«Bizim Daxili İşlər Nazirliyinin «102» məlumat xidmətinə müraciətimizdən sonra polislər gəldilər. Zavodun mühafizəçilərindən, rəhbər işçilərindən hadisə ilə bağlı izahat alınıb. Polislər gələndə artıq mülkigeyimlilər çoxdan getmişdilər. Mülkigeyimlilər xəbərdarlıq ediblər ki, avqustun 16-da bir də gələcəyik».

İndiyə qədər 20-dən artıq metal məhsulları istehsal edən müəssisələr mülki geyimlilərin hücumuna məruz qalıb. Onların hamısının fəaliyyəti dayandırılıb. Bir neçə müəssisənin əmlakı əlindən alınıb. Fəaliyyəti dayandırılan müəssisələrin hamısı iddia edir ki, onlara hücum edən idmançı görkəmli mülkigeyimlilər «Baku Steel Company»nin nümayəndəsi Rasim Məmmədovun adından belə bir addım atdıqlarını deyiblər.

Amma AzadlıqRadiosuna müsahibəsində Rasim Məmmədov əvvəlcə adı çəkilən müəssisələri zavod hesab etmədiyini deyib. Sonra isə haqqında səslənən fikirləri təkzib edib, bu işlərdə adının hallanmasının düzgün olmadığını bildirib.


RASIM MƏMMƏDOVUN CAVABI

- «Mən heç onlarla maraqlanmıram, məni bu işlərlə əlaqələndirməyin».

Fəaliyyəti dayanan müəssisələrin rəhbərləri isə adı çəkilən şəxslə birbaşa görüşdüklərini və göstərişlərin bir başa həmin şəxsdən gəldiyini deyirlər.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov sözügedən zavodla bağlı «102» məlumat xidmətinə müraciət edilməsindən xəbərdar olduqlarını deyir. Qaldı ki, hansısa xoşagəlməz hadisənin baş verə biləcəyi ilə bağlı zavod rəhbərliyinin xəbərdarlığına Ehsan Zahidov onlara təkrar zəng etməyi məsləhət görür:

««102» xidmətinə məlumat veriblərsə demək məsələ araşdırılır və nəzarətdədir. Hər hansı xoşagəlməz hadisə olacağı halda buyurub təzədən zəng edə bilərlər».

Vəkil Aslan İsmayılov isə deyir ki, metalyayma müəssisələrinə hücum edən şəxslər prezidentdən sonra ikinci, üçüncü şəxslərin himayəsində olduğundan hüquq-mühafizə orqanları həmin şəxsləri cəzalandırmağa ehtiyat edirlər.
XS
SM
MD
LG