Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:17

Vladimir Putinin dəbdəbəli həyat tərzindən görüntülər [Fotolar]


Putin prezident təyyarəsind. 7 sentyabr 2006-cı il.
Putin prezident təyyarəsind. 7 sentyabr 2006-cı il.
-
Rusiya prezidenti Vladimir Putin ərəb kralları və ya çılğın oliqarxlar kimi cah-calallı lyuks həyat tərzi sürür. Rusiya müxalifətinin liderləri Boris Nemtsov və Leonid Martynyukun avqustun 28-də təqdim elədiyi hesabatda belə deyilir.

Hesabata görə, Putinin son 12 ildəki hakimiyyəti dövründə istifadə elədiyi cah-calalın miqyasları da artıb. Hesabatda bunların şəkilləri də yer alır.

(Şəkillərlə mətnin sonunda tanış ol.)

Hesabat müəllifləri iddia edirlər ki, məhz bu lyuks həyat tərzi üzündən Putin hakimiyyətdən möhkəm yapışıb və əldən buraxmaq istəmir.

---

PUTİNİN SAAT KOLLEKSİYASI İLLİK RƏSMİ GƏLİRİNDƏN 6 DƏFƏ ÇOX İMİŞ?

Rusiyada müxalifət liderlərindən biri, Baş nazirin keçmiş müavini Boris Nemtsov iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin təkcə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur.

“Kommersant” qəzeti yazır ki, Boris Nemtsov “Solidarnost” hərəkatının fəallarından biri olan Leonid Martinok`la birlikdə prezident Putinin var-dövləti haqqında hesabat hazırlayıb.

Sənəd müəllifləri iddia edirlər ki, Vladimir Putinin sərəncamında 20 saray, villa və iqamətgah var. İqamətgahlardan 9-u Putinin hakimiyyəti illərində tikilib.

Hesabatda müqayisə üçün əlavə olunur ki, ABŞ və Fransada cəmi 2 rəsmi iqamətgah fəaliyyət göstərir.

İLƏ 98 000 MANAT RƏSMİ GƏLİRİ OLAN PREZİDENTİN HƏYAT AKSESSUARLARI

Hesabat müəllifləri iddia edirlər ki, Putin rəsmi gəlir bəyannaməsində ildə 4 milyon rubl “təxminən 98 000 manat” qazancı olması barədə məlumat verməklə əslində seçiciləri aldadıb. Əslində isə o, cah-cəlal içində yaşayır.
Boris Nemtsov
Boris Nemtsov

“Kölənin qalera həyatı. Saraylar, yaxtalar, maşınlar, təyyarələr və başqa aksessuarlar” adlanan hesabat “Saraylar”, “Aviapark” (təyyarə və vertolyotlar), “Yaxtalar”, “Maşınlar”, “Saatlar” adları altında müxtəlif bölmələrdən ibarətdir.

Sənəd müəllifləri Putinin aviaparkında olan təyyarələr, vertolyotların ümumi qiymətinin milyardlarla dolları keçdiyini deyirlər: “Kiçik donanma adlana biləcək aviaparka 4 dəbdəbəli təyyarə daxil olub. Bu təyyarələrin qiyməti azı 3 milyard dollar təşkil edir.

Putinin maşınlar və saatlar kolleksiyası da var. təkcə saatlar kolleksiyasının dəyəri 22 milyon rubl (təxminən 542 000 manat) hesablanır. Putinin təkcə saatlar kolleksiyasının dəyəri prezidentin rəsmi illik gəlirindən 6 dəfə çoxdur.”

SÖZÇÜSÜ İQAMƏTGAHLARIN PREZİDENTƏ YOX, DÖVLƏTƏ MƏXSUS OLDUĞUNU DEYİR

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Nemtsovun bu hesabatını ətraflı öyrəndikdən sonra ona münasibət bildirəcəklərini deyib. Amma sözçü ilkin reaksiya kimi qeyd edir ki, prezidentin istifadə etdiyi obyektlər dövlət mülkiyyətidir, bu barədə məlumatlar da hər kəsə açıqdır.
XS
SM
MD
LG