Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:43

Xəstəxanada olimpiada...


London Paralimpiya Oyunlarının açılışı
London Paralimpiya Oyunlarının açılışı
-
London Paralimpiadasının açılışında ən yadda qalan səhnələrdən biri də tarixə qayıdış idi. Söhbət ilk dəfə 1948-ci ildə keçirilmiş Stok Mandenvil Oyunlarından (Stoke Mandeville Games) gedir.

Stok Mandenvil Xəstəxanası və Onurğa Zədələri Milli Mərkəzi Paralimpiya oyunlarının doğum yeri sayıla bilər.

Məhz bu mərkəzdə doktor Ludwig Guttmann öz əlil pasiyentləri üçün olimpiya oyunlarına bənzər yarışlar təşkil etməyi qərara alıb.

O, əlillərə onların hələ nələrə qadir ola biləcəklərini nümayiş etdirmək istəyirdi.

Doktor hər şeyi elə təşkil etmişdi ki, onun oyunları 1948-ci ilin Olimpiadası ilə üst-üstə düşsün.

Hərçənd, doktor Gutmann'ın paralimiadasında cəmi iki idman növü –oxatma və nizətullama vardı, lakin bu təşəbbüs dərhal hərəkata çevrildi.

1959-cu ildə «Manchester Guardian» qəzeti yazırdı ki, doktor Gutmann elə tibb elmində də inqilab etmişdi. 1944-cü ilə qədər onurğa zədəsi alanlar ömürlərini bitmiş hesab edirdilər. Doktorun yeni müalicə üsulu minlərlə əlili həyata və cəmiyyətə qaytardı. Əslində onlara rəqabət və müstəqillik hissi aşılanırdı.

1960-cı ildə ilk dəfə olaraq bu oyunlar Britaniyadan kənarda – Romada keçirildi. Maraqlıdır ki, oyunlar paralimpiya yox, elə Stok Mandenvil Oyunları adlanmaqda davam edirdi.

Məhz həmin vaxtdan da bu oyunlar Olimpiadanın keçirildiyi şəhərdə, ondan bir həftə sonra başlanır.

Roma oyunlarında yalnız əlil arabasından istifadə edən idmançılar iştirak edirdilər.
1976-cı ilin oyunlarına artıq başqa əlil qruplarına daxil olan əlillər də dəvət edilmişdilər.

Lakin yalnız 1988-ci ilin Seul Olimpiadasına paralel keçirilən əlillər üçün olimpiada Paralimpiada adlanmağa başlayıb.
XS
SM
MD
LG