Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

İlham Əliyev ABŞ səfirini qəbul edib


Richard L. Morningstar
Richard L. Morningstar
Sentyabrın 3-də prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Richard Morningstar’ın etimadnaməsini qəbul edib.

AzərTac bildirir ki, İlham Əliyev Morningstar’ı Azərbaycanda görməyindən məmnunluğunu ifadə edib.

Prezident Morningstar’a son 20 ildə ABŞ-Azərbaycan münasibətlərinin yaxınlaşmasına və Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Richard Morningstar’ın şəxsi rolunu yüksək qiymətləndirdiyini deyib.

MORNİNGSTAR VƏZİFƏSİNİN İCRASINA BAŞLAYIR

ABŞ prezidenti Barack Obama apreldə ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morningstar'ı Azərbaycanda səfir postuna irəli sürüb.

ABŞ Senatı iyunun 29-da Richard Morningstar'ın bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi uzun müddətdir ki, boşdur. Sonuncu səfir Mathew Bryza Bakını bu il yanvarın 3-də tərk edib. ABŞ-dakı erməni lobbisinin təkidli etirazları ilə qarşılaşan Bryza bir il səfir vəzifəsində çalışa bildi.

2009-cu ildə sonuncu uzunmüddətli səfir Anne E. Derse Bakıdan gedəndən bəri Vaşinqtonun Azərbaycana səfir təyin etməsi gecikirdi.
XS
SM
MD
LG