Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:39

Şahid: «Yalnız döyülməməyimiz üçün plakat qaldırdıq»


Quba hadisələri, 1 mart 2012
Quba hadisələri, 1 mart 2012
POLİSLƏR BÖLMƏYƏ APARDIQLARI ŞƏXSLƏRİ XATIRLAMADIQLARINI DEYİRLƏR

Sentyabrın 14-də Quba hadisələri ilə bağlı məhkəmə prosesi davam edib. Zamin Tahirovun sədrlik etdiyi məhkəmə iclasında şahidlər dindirilib. Həmin şahidlərdən bir neçəsi polis olub.

Bu haqda AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının bölgədəki nümayəndəsi Aftandil Məmmədli məlumat verib.

«Polis Elnur Süleymanov da, daha sonra ifadə verən Alim Fərzəliyev də hadisələr vaxtı bölməyə apardıqları şəxsləri xatırlamadıqlarını bildirdilər. Eləcə də təqsirləndirilən şəxslərin hər hansı talanda, iğtişaşda iştiraklarını görmədiklərini bildirdilər. Onların həmkarı Məqsəd Şərifov isə vəkillərin suallarına cavab olaraq hər hansı polis əməkdaşına xəsarət yetirilməsinin şahid olmadığını dedi».

«YALNIZ DÖYÜLMƏMƏYİMİZ ÜÇÜN PLAKAT QALDIRDIQ»

Sentyabrın 14-də avtobus sürücüsü Süleyman Baxışov da ifadə verib.

Aftandil Məmmədli danışır: «Süleyman Baxışov həmin gün təqsirləndirilən Dənyal Alxasov və Fərhad Əbdürəhmanovu özünün idarə etdiyi avtobusda gördüyünü bildirdi. İcra Hakimiyyətinin qarşısında keçirilən aksiyanın iştirakçısı Laçın Musayeva isə məhkəməyə bildirdi ki, heç nə görməyib, heç nə bilmir. İcra başçısı üzr istədikdən sonra evinə gedib. Prokuror soruşdu ki, niyə orda plakat qaldırmışdız. Cavab verdi ki, biz bununla dövlət siyasətini bəyəndiyimizi, dövlətin əleyhinə olmadığımızı göstərmək istəyirdik. İcra hakimiyyətinin qarşısındakı aksiyada iştirak edən Ramin Əfşarlı da prokurorun eyni sualına belə cavab verib: «Yalnız döyülməməyimiz üçün, polislərin bizə yaxın gəlməməsi üçün plakat qaldırdıq».

Bir neçə şahid məhkəməyə gəlməyib.

Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək.
XS
SM
MD
LG