Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:08

İctimai Palata Gülər Əhmədova ilə bağlı videonu müzakirə etdi


Foto: Arxiv
Foto: Arxiv
-
Sentyabrın 29-da İctimai Palata (İP) Gülər Əhmədova ilə bağlı yayılan qalmaqallı videonu müzakirə edib.

Çıxış edənlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı video ilə əlaqədar «Dələduzluq» maddəsi ilə cinayət işi açılmasını düzgün saymayıblar.

Dələduzluq maddəsinin bu işlə müqayisədə daha yüngül ittiham olduğunu bildirən natiqlər deyiblər ki, bununla Gülər Əhmədovadan yuxarıdakı adamları qorumaq istəyirlər.

Müzakirələr zamanı kütləvi aksiyalarla bağlı təkliflər səsləndirirlib. Qeyd olunub ki, bu aksiyaları İP təkbaşına deyil, digər siyasi və ictimai qurumlarla birgə keçirməlidir.

Sonda İctimai Palata adından Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş prokuror Zakir Qaralova müraciət ünvanlanıb.

Müraciətdə «Milli Məclisə üzvlüyə görə ödənilən pulların qeyri-rəsmi «kassa»sının kimin rəhbərliyi altında fəaliyyət göstərməsinə və videoda səslənən «deputat olmaq istəyən çoxdur, seçici isə bir dənədir» ifadəsinə aydınlıq gətirilməsi xahiş edilir.

Müraciətdə qeyd edilir ki, Gülər Əhmədovanın Elşad Abdullayevin qardaşı Mahir Abdullayevi oğurlayan qrupla əlaqəsi olub-olmadığı da araşdırılmalıdır.

İP bu məsələ ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən səfirliklərə də müraciət etmək niyyətindədir. Üstəlik, adıçəkilən videonun tam stenoqramını ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatların baş ofislərinə göndərməyi də planlaşdırırlar.
XS
SM
MD
LG