Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:12

Gürcü nazir: «Həbsxanalarda müasir standartlara keçəcəyik»


Giorgi Tugushi
Giorgi Tugushi
Gürcüstanda, keçmiş xalq müdafiəçisi Giorgi Tugushi Cəzaların icrasına nəzarət və hüquqi yardım naziri kimi sentyabrın 22-də ilk mətbuat konfransını keçirib və son illər ərzində Penitensiar xidmətdə yığılan problemlərin həlli ilə əlaqədar qarşılarına qoyduqları məqsədlərdən danışıb:

«Müasir standartlara keçəcəyik. Gürcüstanda səmərəli və mütəşəkkil cəzaçəkmə sisteminin tətbiqi üçün vicdan və insan ləyaqətinə yönəlmiş yaxşı modellər götürüləcək. Məhbusların məişət şəraiti yaxşılaşdırılacaq. 8 saylı Gldani həbsxanasında 1600 yeni döşək veriləcək, məhbusların şəraiti yaxşılaşdırılacaq. Dustaqların sayının azaldılması planlaşdırılır. Həmçinin vaxtından qabaq azad etmə komissiyasında ümumilikdə səmərəli artım planlaşdırılır».

DUSTAQLARDA ÜMİD YARANIB...

Giorgi Tugushinin dediyi məqsədə çatana qədər İnsan Hüquqları Mərkəzinin hüquqşünası Nino Andriashvili həbsxanalardakı mövcud problemlərdən danışır.
Müdafiə etdiyi şəxslərlə görüşdüyü zaman onların demələrinə görə, dustaqlara hədə-qorxu gəlirmişlər, bildirirmişlər ki, seçkidən sonra münasibət daha da pisləşəcək. Nino Andriashvili deyir ki, son günlər dustaqlara münasibət dəyişib.

«Dustaqlarda ümid yaranıb ki, illərdir davam edən döyülmə, zorakılıq və qeyri-insani münasibət bitəcək. Onlar səmərəli araşdırma aparılacağı və günahkarların cəzalandırılacağı ümidi ilə nazirə və baş prokurora çatacaq ərizəni yazmağa hazırdırlar».

Nino Andriashvilinin sözlərinə görə, uzun illərdir səhhətlərinə əhəmiyyət verilməyən məhkumların məsələsi kəskin qoyulub. Müdafiə etdiyi 4 şəxsin timsalında Nino Andriashvili deyir ki, yeni Cəzaların icrasına nəzarət və hüquqi yardım nazirinin vaxtında belə həmin məhbusları xəstəxanaya müayinəyə göndərilib, sonradan isə yenidən həbsxanaya qaytarılıblar.

SƏHİYYƏ PROBLEMİNİN HƏLLİ

Gldani həbsxanası
Gldani həbsxanası
Xalq müdafiəçisi aparatında profilaktika və monitorinq departamentinin müdiri Natiya İmnadze səhiyyə məsələlərinin həllini ən mühüm və vacib məsələ sayır. Bununla belə bu problemlərin həlli üçün zamana ehtiyac olduğunu bildirir.

«Elə məhbuslar var ki, ciddi tibbi müdaxiləyə ehtiyacları olmasa da müəyyən müalicə aparılmalıdır. Bu, mühüm məsələdir, daha sonra administrasiya və nazirlik tərəfindən əhəmiyyət verilməyən məişət şəraiti gəlir. Söhbət elementar əşyalardan gedir. Məsələn, ikinci dərəcəli hesab olunan televizor, məişət və gigiyena əşyaları, hərçənd onlar heç də ikinci dərəcəli məsələlər deyil. Məhbusların bütün bunlara gündəlik tələbatı var. İstənilən halda əsas səhiyyə və tibbi xidmətdir».

Bunu Xalq müdafiəçisi aparatında profilaktika və monitorinq departamentinin müdiri Natiya İmnadze deyir. Xalq müdafiəçisinin nümayəndələri deyirlər ki, həbsxanaların monitorinqi fasiləsiz şəkildə davam edir.

PATRİARXIN TƏKLİFİ...

Qeyd etmək lazımdır ki, uzun illərdir Xalq Müdafiəçisinin ofisi həbsxanaların monitorinqini həyata keçirə bilən yeganə idarə olub. İctimai şuranın üzvlərinə həbsxanalara getmək və onları monitorinq etmək üçün verilən məhdudiyyətsiz hüquqları sonralar prezident Mikheil Saakashvilinin əmri əsasında ləğv edilib.

2009-cu ildən monitorinqi Gürcüstanın Xalq Müdafiəçisi aparatında milli profilaktika mexanizmi həyata keçirir. Buna qədərsə 3 il ərzində cəzaçəkmə müəssisələri məqsədli şəkildə KİV, ictimaiyyət və hüquq müdafiəçilərinin üzünə bağlanırdı.

Bu barədə vəkil Liya Muxashavriya danışır:

«Hesab edirəm ki, son illərdə formalaşmış bu dəhşətli sistemi aradan qaldırmaq üçün siyasi iradə olmazsa, demokratik əhvala köklənmiş insanlara çətin olacaq».

Cəzaların icrasına nəzarət və hüquqi yardım naziri Giorgi Tugushi sentyabrın 25-də penitensiar sistemdə işgəncə və qeyri-insani rəftarı araşdırmaq üçün qrup yaratmaq təşəbbüsündən danışıb. Ancaq hələlik bu qrupun necə formalaşacağı məlum deyil. Həmçinin həbsxanaların monitorinqi şurasının gələcəyi də qeyri-müəyyəndir. Qeyri hökumət sektoru bu iki qrupun yaradılmasını dəstəkləyir, ancaq onlarda hökumət nümayəndələrinin iştirakı qruplarla bağlı etimadı sual altına ala bilər.

Bu arada Gürcüstan patriarxı həbsxanalara hərbi keşiş institutunun yeridilməsi təşəbbüsünü irəli sürüb. Cəzaların icrasına nəzarət və hüquqi yardım naziri bu təşəbbüsü müsbət qarşılayıb və bu sahədə iş aparıldığını bildirib. Patriarx ağır xəstələrin həbsxanalardan buraxılması və müalicələrini evdə davam etdirməyi də təklif edib.
XS
SM
MD
LG