Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:49

"Qarnınızın ağrısı nədir?" Elçin Hüseynbəylidən "Azdrama"ya sual


Sağdan sola: Firuz Mustafa, Atababa İsmayıloğlu və proqramın aparıcısı Şahnaz Bəylərqızı
Sağdan sola: Firuz Mustafa, Atababa İsmayıloğlu və proqramın aparıcısı Şahnaz Bəylərqızı

"Azdrama"dan Atababa Ismayıloğlu: “E.Hüseynbəyli bizə “Sezar” pyesini verib, amma indi siyasi əsərə ehtiyacımız yoxdur”.

-

Elçin Hüseynbəyli:

“Zəhmət çəksinlər dramaturqlarla işləsinlər. Və desinlər görüm onların qarınlarının ağrısı nədir, nə istəyirlər?”


Firuz Mustafa:

“Dövlət sifarişi necə olur, siz məndən də yaxşı bilirsiz: Bir qisminin rəhbər vəzifəsi var, bir qismi hansısa zavodun direktorudur, imkanı var...”

Atababa Ismayıloğlu:

“Elçin Hüseynbəyli bizə “Sezar” pyesini verib, o pyesi kimlərəsə ithaf edib. Demişəm ki, indi bizim siyasi əsərə ehtiyacımız yoxdur”.



"Azdrama"da nə baş verir? İslahat, yoxsa "təmizləmə"? "Pen klub" proqramında Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa İsmayıloğlu, teatrda haqsızlıqla qarşılaşdıqlarını iddia edən dramaturqlar Firuz Mustafa Elçin Hüseynbəyli (telefonla) üz-üzə gəldilər.


FİRUZ MUSTAFA: “İNDİ MƏN NƏ BİLİM ƏMRİ HARA ATIBLAR, BƏLKƏ CIRIBLAR?”

Firuz Mustafa:

- Teatrın o vaxtkı baş rejissoru Mərahim Fərzəlibəyli ilə direktor Maqbet Bünyadov belə qərara gəldilər ki, mənim “Bəyaz kölgələr” əsərimi səhnəyə qoysunlar. Ağakişi Hüseynovla 6 variantda işlədik və adını “Tufandan sonra” qoyduq. Əsər 2010-cu ilin repertuarına daxil oldi. Mədəniyyət və Turizm Nazirliyindən çağırdılar və nazir müavini Ədalət müəllim də məni təbrik etdi. Bu əsnada İsrafil İsrafilov teatra direktor təyin olundu. Dedi ki, əsəri oxuyub fikrini deyəcək. Bir də gördüm ki, bizim bu günkü verilişimizin iştirakçısı, mənim sevimli dostum Atababa müəllim bir az da pərt halda, qoltuğunda da mənim pyesim gəldi. Nə dedi deməyəcəyəm, bircə onu dedi ki, belə
Firuz Mustafa
Firuz Mustafa
qərara aldılar... Hər halda bu, müəyyən etapları keçmiş əsər idi. Mən dramaturgiyaya bələdəm ki, bu qədər əsərlərim qoyulub.

Atababa İsmayıloğlu:

- Dünən bu işlə məşğul oldum. Bu əsərin bədii şura tərəfindən qəbul olunması və direktorun əmr verməsi ilə bağlı sənəd tapmadım. Amma çox güman ki, söhbət əsnasında nəsə yəqin olub. Teatra pyeslər hansı yolla gəlir? Biri var dövlət sifarişləri. Yəni Mədəniyyət Nazirliyi bəzi pyesləri seçir, onun xərcini də çəkir. İkincisi, teatrın seçdiyi əsərlər. Teatrın da öz tələbləri var. Birincisi, maliyyə məsələsi, bu pyesdən gəlir götürə biləcəkmi? Bu pyesdə hansı məsələlər qaldırılıb. Bu gün üçün lazımdır ya yox?

Firuz Mustafa:

- İndi mən nə bilim əmri hara atıblar? Bəlkə cırıblar? Ağakişi müəllimə nə düşüb yalan desin…

ELÇİN HÜSENBƏYLİ: “BİZ NOVRUZƏLİYİK. SİZ KİMSİZ Kİ?..”

Elçin Hüseynbəyli:

Atababa İsmayıloğlu (sağda) və Firuz Mustafa
Atababa İsmayıloğlu (sağda) və Firuz Mustafa
- Azərbaycan teatrının inkişafı təkcə onun texniki inkişafı deyil. Yəni teatrlarımızı təmir etdik, müasir texnologiyalarla zənginləşdirdik, məsələ həll olundu, xeyr!

Şahnaz Bəylərqızı:

- Konkret sizin Milli Akademik Dram Teatrında hansı əsəriniz tamaşaya qoyulmayıb?

Elçin Hüseynbəyli:

- Mənim bu teatrda bir neçə taleyüklü əsərim var. Biri “Sezar”dır, son illərin ictimai-siyasi hadisələri ilə bağlı peşəkar əsərdir. “Fatihə”dir, Ermənistandan azərbaycanlıların deportasiyası ilə bağlıdır. “Axırı sakitlikdir” də Azərbaycanda baş verən təbəddülatların məcmusu olan bir əsərdir. Məni incidən nədir? Direktor da, rejissor da dramaturqla işləmək istəmir. Niyə, qardaş? Biz Novruzəliyik, siz kimsiz ki? Azərbaycan dramaturqlarına Novruzəli kimi yanaşmaq lazım deyil. Azərbaycanda Üzeyir Hacıbəyov kimi adam yetişib, ciddi dramaturqdur. İşləmək lazımdır. Özlərini dağ başına qoymasınlar, kimdirlər ki, onlar?.. Dövlətimiz pul ayıırırsa, imkan yaradırsa, zəhmət çəksinlər dramaturqlarla işləsinlər. Və desinlər görüm onların qarınlarının ağrısı nədir, nə
Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
istəyirlər?

“DÖVLƏT SİFARİŞİ İLƏ GƏLƏN ƏSƏRƏ “YOX” DEMƏK OLMUR”

Atababa İsmayıloğlu:

- Teatra Azərbaycan bölgələrindən ayda bir neçə dramaturq gəlir. Onlar deyirlər ki, Adil İsgəndərov dramaturq yetişdirirdi, kimsə bir pərdə yazırdı, o da onu işlədib dramaturq edirdi. Bunlar da deyir ki, məni də yetişdirin. Pyes teatra hazır gəlməlidir. Biz də əsərləri qəbul edirik, nazirlik də. Biz haqsızıqsa, dramaturq nazirliyə versin. Dövlət sifarişi ilə gələndə əsər həm maliyyəsi ilə gəlir, həm də “yox” demək də olmur, əsər tamaşaya qoyulmalıdır. Axı əsər ordan da gəlmir.

Elçin Hüseynbəyli:

- Necə yəni əsər hazır gəlməlidir? Mən həm də rejissorluq etməliyəm?

Atababa İsmayıloğlu:

- Bizim iki dramaturqumuz var: Əli Əmirli və Rəhman Əlizadə. Onlar pyesi hazır şəkildə gətirirlər.

Şahnaz Bəylərqızı:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Konkret danışaq. Firuz Mustafanın və ya Elçin Hüseynbəylinin əsərlərində sizi nə qane etmir?

Atababa Ismayiloğlu:

- Firuz Mustafanın əsəri bu dəqiqə yadımda deyil. Elçin Hüseynbəylinin isə yanına özüm getmişəm. O bizə “Sezar” pyesini verib, o pyesi kimlərəsə ithaf edib. Demişəm ki, indi bizim siyasi əsərə ehtiyacımız yoxdur.

Elçin Hüseybəyli:

- Həmin əsər son illərin ictimai-siyasi hadisələrindən bəhs edir və heç kimə həsr olunmayıb. Mən öz problemlərimizi qoymuşam. Yəni bizə Sezar lazımdır, hökmdar lazımdır. Yəni mən demək istəyirəm ki, milli dramaturqlarımızla işləmək lazımdır. Yoxsa telefonlarıma kimsə cavab vermək istəmirsə, bu nə deməkdir?

“DÖVLƏT SİFARİŞİ NECƏ OLUR, SİZ MƏNDƏN DƏ YAXŞI BİLİRSİZ”

Firuz Mustafa:

- Atababa müəllim, deyirsiz ki, gündə bir dramaturq gəlir. Əvvəla, mən Yazıçılar Birliyində dramaturgiya seksiyasının rəhbəriyəm. İkincisi, bu gün “Azdrama”nın müəlliflərinin ən gəncinin yaşı 65-dir. Bu özü nədənsə xəbər verir də. Sonra. Dövlət sifarişi deyirsiz. Dövlət sifarişi necə olur, siz məndən də yaxşı bilirsiz.

Şahnaz Bəylərqızı:

- Deyin, dinləyicilərimiz də bilsin.

Proqramdan sonra
Proqramdan sonra
Firuz Mustafa:

- Bir qisminin rəhbər vəzifəsi var, bir qismi hansısa zavodun direktorudur, imkanı var…Atababa müəllim deyir ki, tamaşa gəlir gətirməlidir. Əsər tamaşaya qoyulmadan necə demək olar ki, gəlir gətirməyəcək. Özünüzün qocaman dediyiniz, sayğıyla, sevgiylə yanaşdığınız Ağakişi müəllim deyir ki, mənə sonuncu şansı verin. Əgər pyesin uğurlu olacağını rejissor bilmirsə, hansısa inzibatçı biləcək?.. Elçin bayaq düz dedi ki, hətta bu adam telefona da cavab vermir. Açığı xoşum da gəlmir. Bir dəfə gördüm ki, aktyorlar boyun-boyuna durub bunun qəbuluna düşmək istəyirlər. Belə şey ayıbdır. Aktyor azad tayfadır. Yaradıcı adamdır. Mədəniyyət idarəsində də belədirsə… Bizim də vəzifələrimiz olub, nəsə… Xoşagəlməz haldır. İkincisi, bu bəyəm teatr orbitridir? Siz - Atababa müəllim, yaxşı insansız. Amma repertuara daxil olan əsərdən xəbəriniz yoxdur, eləcə də digərlərinin. İsrafil müəllim raykom katibi işləyib. Indi də inzibati amirlik metodu ilə işləyir. Elə bil raykom katibidir.

Atababa İsmayıloğlu:

- Firuz məni də tanıyır, İsrafil İsrafilovu da. Biz testrda yeni studiyalar açırıq. Teatrşünaslıq, dramaturgiya, aktyorluq studiysları. Bayaq dediyim şərtlərə cavab verən pyesləri qoyacağıq. Biz cavanları gətirəcəyik, onların qarşısını almaq olmaz. Kiminsə yaxşı əsəri varsa, qoyulmamasından narahat olmasın. O əsər gec-tez yerini tapacaq.

Proqrama tam şəkildə bax
XS
SM
MD
LG