Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:27

Nazim Hikmətin Türkiyədəki boş məzarı...


Nazim Hikmətin Eskişhirdəki rəmzi məzarı
Nazim Hikmətin Eskişhirdəki rəmzi məzarı
-

Anadolu'da bir köy mezarlığına gömün beni
ve de uyarına gelirse,
tepemde bir de çınar olursa
taş maş da istemez hani...


Böyük türk şairi Nazim Hikmət "Vəsiyyət" adlanan bu şeiri 1953-cü ildə qürbətdə yazıb.

Moskvada dəfn edilən yazarın məzarını Vətəninə gətirmək cəhdləri bu günəcən davam edir.

İllər öncə Eskişehir-in Doğançayır qəsəbəsində məzarın Rusiyadan Türkiyəyə gətirilməsi üçün imzatoplama kampaniyası başlanmış və sonda yerli bələdiyyə təşəbbüsü dəstəkləmişdi.

Amma məzarın gətirilməsi mümkün olmadığı üçün 11 il əvvəl yerli şəhid məzarlığında Nazim Hikmətə rəmzi məzar hazırlanmışdı.

Başına da bir çinar əkilmişdi.

O vaxtdan bəri yerli şeirsevərlər hər il şairin ölüm günü - iyunun 3-də məzarın başına toplaşır, anım mərasimi keçirirlər.

Nazim Hikmətin son sevgilisi Vera Tulyakovanın qızı - Anna Stepanova ötən il "Hürriyyət" qəzetinə müsahibəsində məzarın Türkiyəyə köçürülməsi ideyasına qarşı
Nazim Hikmətin Moskvadakı qəbri
Nazim Hikmətin Moskvadakı qəbri
çıxmışdı.

O hesab edir ki, əgər Türkiyədə Nazimin xatirəsi əziz tutulursa, əvvəlcə, onun bəzi kitablarına qoyulmuş qadağa götürülsün, əsərləri dərsliklərə salınsın.

(Rəmzi məzarın videogörüntüləri burda)

"Vəsiyyət" şeiri tam şəkildə:


VASİYET

Yoldaşlar,
nasip olmazsa görmek o günü,
ölürsem kurtuluştan önce yani,
alıp götürün
Anadolu'da
bir köy mezarlığına gömün beni.

Hasan beyin vurdurduğu
ırgat Osman yatsın bir yanımda
ve çavdarın dibinde
toprağa çocuklayıp
kırkı çıkmadan ölen şehit Ayşe
öbür yanımda.

Traktörlerle türküler geçsin altbaşından mezarlığın,
seher aydınlığında taze insan, yanık benzin kokusu,
tarlalar orta malı, kanallarda su,
ne kuraklık, ne candarma korkusu.

Biz bu türküleri elbette işitecek değiliz,
toprağın altında yatar upuzun,
çürür kara dallar gibi ölüler,
toprağın altında sağır, kör, dilsiz.

Ama bu türküleri söylemişim ben
daha onlar düzülmeden,
duymuşum yanık benzin kokusunu
traktörlerin resmi bile çizilmeden.

Benim sessiz komşulara gelince,
şehit Ayşe'yle ırgat Osman
çektiler büyük hasreti sağlıklarında
belki de farkında bile olmadan.

Yoldaşlar, ölürsem o günden önce yani,
- öyle gibi de görünüyor -
Anadolu'da bir köy mezarlığına gömün beni
ve de uyarına gelirse,
tepemde bir de çınar olursa
taş maş da istemez hani...

1953, 27 Nisan
Barviha Sanatoryumu
XS
SM
MD
LG