Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:09

Həbsdəki iranlı rejissora böyük mükafat!


Cəfər Pənahi
Cəfər Pənahi
-

Həbsdə olan İran rejissoru Cəfər Pənahi Avropa Parlamentinin Saxarov Mükafatına layiq görülüb (İranlı hüquq müdafiəsçisi Nasrin Sotoudeh ilə birlikdə).

Onu 2010-cu ildə Iran əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 illiyinə həbs cəzasına məhkum ediblər və 20 il kino çəkməyi, xarici mediaya müsahibə verməyi, ölkəni tərk etməyi qadağan ediblər. Nasrin Sotoudeh isə 11 illik həbs cəzası alıb.

Avropa Parlamentinin niderlandlı nümayəndəsi Marate Şaake ümid edir ki, bu mükafat İranda ədalətsiz mühakimə edimiş siyasi məhbusların azadlığa çıxmasına kömək edəcək.

Nobel sülh mükafatçısı, iranlı hüquq müdafiəçisi Shirin Ebadi isə bildirib ki, bu mükafat beynəlxalq aləmin diqqətini İranda insan haqlarının pozulmasına daha çox yönəldəcək.

1960-cı il doğumlu Cəfər Pənahi İran kinosunda Yeni Dalğa hərəkatının nümayəndəsi sayılır.

O bir neçə il qısa filmlər çəkəndən və tanınmış İran rejissoru Abbas Kiarostami-nin köməkçisi kimi çalışandan sonra beynəlxalq səviyyədə tanınmağa başlayıb.

Bu, onun 1995-ci ildə çəkdiyi “Ağ şar” filmi ilə bağlı olub.

Həmin film Kann Festivalında Caméra d'Or qazanıb. Bu, İran rejissorlarının ilk belə böyük uğuru idi.

Öz ölkəsində qadağan edilsə də, Pənahinin filmləri mükafatlar almaqda davam edirdi.

Onun “Güzgü” filmi 1997-ci ildə Livorno Festivalında “Qızıl Leopard” mükafatına, “Çevrə” filmi 2000-ci ildə Venesiya Festivalında “Qızıl şir” mükafatına layiq görülüb.

Pənahinin filmləri daha çox İranda uşaq və qadınların, eləcə də kasıbların problemləri haqdadır.

1988-ci ildə sovet dissidenti, alim Andrey Saxarovun adına təsis edilən mükafat insan haqları və fikir azadlığı uğrunda mübarizə aparan insan, yaxud təşkilatlara verilir. Dəyəri 50 min avrodur.
XS
SM
MD
LG