Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:02

Azərbaycanda internet azaddırmı? [VIDEO]


İnternetdən istifadə zamanı hansı çətinliklərlə üzləşirsiniz?
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

İnternetdən istifadə zamanı hansı çətinliklərlə üzləşirsiniz?

-
«Azərbaycanda internet azadlığı var. Ölkədə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir».

PREZİDENT DEYİR İNTERNET AZADDIR

Prezident İlham Əliyevin BMT və Azərbaycan hökumətinin təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına göndərdiyi müraciətində belə deyilir.

Forum ərəfəsində bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda onlayn ifadə azadlığı sahəsində vəziyyəti tənqid ediblər. Beynəlxalq təşkilatlar hesab edirlər ki, Azərbaycanda internet qismən azaddır, bloqqerlərin təqib olunması faktları var.

«MƏN DEYİRƏM AZAD DEYİL»

Forumda iştirak edən bloqqer Emin Milli deyir ki, internet idarəçiliyi forumunun Azərbaycanda keçirilməsi bu sahədəki problemlərin həllinə kömək edəcək:

«Mən bu gün «Independent» qəzetində Prezident İlham Əliyevə açıq məktub yazdım.
Emin Milli
Emin Milli
Bu məktubu dünyadakı bir çox onlayn platformalar yayacaq. Mənə elə gəlir ki, bir neçə milyon insan bunu oxuyacaq. Bu, çox yaxşı haldır. Bu tədbirlər olmasa, biz dünya ilə ünsiyyət qoyub Azərbaycanın problemlərini müzakirə edə bilmərik. Prezident İlham Əliyevin mesajı budur ki, Azərbaycanda internet azaddır. Ancaq mən o məktubda da deyirəm ki, azad deyil. Texniki olaraq, bəli, biz «Facebook»da, «twitter»də istədiyimizi yaza bilərik. Dünyanın bir çox ölkələrində ola bilər insanlarda bu imkan da yoxdur. Ancaq biz Avropa Şurasının üzvüyük, bizim standartlarımız başqadır və başqa olmalıdır. Problem insanlarda olan qorxudur. İnsanlar nə istəyir, yaza bilər, ancaq sonra onları işdən çıxardırlar, həbs edirlər. Ona görə bu problemlər həll olunmalıdır. Ümid edirəm ki, bu tipli forumlar Azərbaycanda bu problemi müzakirə etməyə, onun həllinə bizə kömək edəcək».

Əli Həsənov
Əli Həsənov
60 FAİZDƏN ÇOX İNTERNET İSTİFADƏÇİSİ

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyir ki, Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. 60 faizdən çox Azərbaycan vətəndaşları internetdən istifadə edir. O, hesab edir ki, internetin mövcudluğuna görə Azərbaycan bölgə ölkələri içərisində ən qabaqcıl yerlərdən birini tutur:

«Azərbaycanda azad internet mövcuddur. Bloqqerlərə internetdə yazdıqlarına görə heç bir təzyiq edilmir. Azərbaycan dünyada internet fəaliyyətinə görə heç bir bloqqerin həbsə alınmadığı yeganə ölkədir» .

SENZURA YOXDUR, AMMA...

Osman Gündüz
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, baxır məsələyə hansı tərəfdən yanaşılır:

«Söhbət senzuradan – ideoloji-siyasi, texnoloji senzuradan gedirsə, birmənalı şəkildə deyirəm ki, Azərbaycanda belə bir şey yoxdur. Azərbaycanın sosial şəbəkələri açıqdır. Qonşu ölkələrdə - Rusiyada, Türkiyədə sosial media bloklanır. Azərbaycanda belə şey yoxdur. Bu kontekstdə yanaşanda, Azərbaycanda internet açıq və sərbəstdir. Ancaq elə beynəlxalq qurumlar var ki, internet açıqlığı məsələsinə parametrlər qoşublar. Məsələn, internet necə tənzimlənir? Azərbaycanda tənzimləməni də, idarəetməni də dövlət həyata keçirir. Kommersiya ilə də dövlət məşğul olur. Bizdə dövlət provayderləri var. Dünyanın heç yerində dövlət provayderi yoxdur. Ona görə bunun qarşısına mənfi yazılır. Bloqqerlərlə bağlı problemlər var – onu da mənfi qeyd edirlər. Bu kontekstdən yanaşanda, internetin problemləri var».

İnternet İdarəçiliyi Forumu noyabrın 9-a qədər davam edəcək.
XS
SM
MD
LG