Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

AB Azərbaycanla münasibətlərdə demokratik dəyərlərdən danışır


Štefan Füle
Štefan Füle
-

AVROPA QONŞULUQ SİYASƏTİNƏ UYĞUN İNKİŞAF

Avropa Birliyi Azərbaycanın demokratik inkişafını Avropa Qonşuluq Siyasətinə uyğun görmək istəyir. Bunu Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Fülle (Štefan Füle) deyir. O, noyabrın 23-də Brüsseldə Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşüb.

Komissar Füle bildirib:

«Münasibətlərimizin gücləndiyini görürük: viza qaydalarının sadələşdirilməsi və readmissiya üzrə danışıqlarda irəliləyiş var. Enerji sahəsində strateji əməkdaşlıq inkişaf edir və Cənub Dəhlizinin reallaşmasında əsas sayılan Trans-Anadolu kəmərinin tikintisi və istifadəsinə dair iki sənədin ratifikasiyasını alqışlayırıq. Eyni zamanda, münasibətlərin inkişafı üçün nəhəng potensial mövcuddur və bu, Azərbaycanın Şərq Tərəfdaşlığına fəal qoşulması ilə həyata keçirilər bilər».

HANSI SAHƏLƏRDƏ İŞLƏR GÖRÜLMƏLİDİR

«Yeni Assosiasiya Sazişinə dair danışıqlar münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaqda maraqlı olduğumuzu göstərir. Bu kontekstdə, insan haqları və demokratik prinsiplərə hörmət öhdəliyi ən yüksək səviyyədə yerinə yetirilməlidir. Son aylar müsbət addımlar atılsa da, təkmilləşdirilməli yerlər də var. Seçki qanunvericiliyi, sərbəst toplaşma azadlığı və media azadlığı sahələrində daha çox iş görülməlidir», Füle bildirib.

Komissar Füle həmçinin Avropanın ən çətin münaqişələrindən olan Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib. Bildirilib ki, AB-nin mövqeyi ATƏT-in Minsk qrupunun tərəflərin Madrid prinsiplərini qəbul etməsi yönündə cəhdlərini tam dəstəkləməkdən ibarətdir.

Noyabrın 19-20-də Bakıda İnsan Haqları, Hüququn Aliliyi üzrə AB-Azərbaycan Alt Komitəsinin iclası da keçirilib.
XS
SM
MD
LG