Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:23

S. Seyidov: «Christoph Strässer Avropa Şurası demək deyil»



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib. O, Christoph Strässer-in hazırladığı məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən, Azərbaycanın Avropa Şurasına inteqrasiyasına xidmət etməyən bir sənəd, bir cəhd kimi qiymətləndirib.

APA-nın məlumatına görə jurnalistlərə açıqlamasında Səməd Seyidov Azərbaycanın tənqiddən qorxmadığına diqqəti çəkib. Əlavə edib ki, tənqidlər diqqətlə dinlənilir, reallıqları əks etdirirsə, qəbul olunur:

«Beynəlxalq qurumlarda sözügedən tənqidlərdən istifadə edib Azərbaycana qarşı təzyiq olunmasının əleyhinəyik. Bu təzyiqin qarşısında tutarlı cavab verməyə hazırıq. Christoph Strässer Avropa Şurası demək deyil. Belə təqdim etməyə çalışırlar ki, Christoph Strässer mövqeyi beynəlxalq təşkilatın mövqeyidir. Əsla belə deyil. Azərbaycanla AŞPA arasındakı münasibətləri heç vaxt bir şəxsin timsalında təhlil edilməməlidir. Bu münasibətlər normal, konstruktiv şəkildə inkişaf edir».

AŞPA-nın yanvar sessiyasına təqdim olunan məruzədə Azərbaycan hökuməti tənqid olunub. Məruzəni Christoph Strässer hazırlayıb.
XS
SM
MD
LG