Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:50

Naxçıvanda daha bir müxalifətçi hədələndiyini deyir


Nurəddin Bayramov
Nurəddin Bayramov
-
Açıq Cəmiyyət Partiyası Naxçıvan təşkilatının sədri Nurəddin Bayramov telefonda hədələndiyini deyir.

Dediyinə görə, naməlum hədə zəngləri dekabrın 30-dan başlayıb:

«Dekabrın 30-da İctimai Palatanın Naxçıvan şöbəsinin yığıncağına qonaq qismində qatılmışdım. Yığıncaqdan çıxdım, 1-2 saat sonra naməlum zənglər gəlməyə başladı. Zəng edənlər özlərini təqdim etmədilər. Məni söyməyə, hədələməyə başladılar. Dedilər ki, niyə yığıncaqda iştirak etmisən?».

N.Bayramov Babək rayon Polis İdarəsinin Cəhri kənd bölməsinə müraciət etdiyini bildirir:

«Bölmə rəisi dedi ki, biz bu işlərə baxmırıq. Məsləhət gördü ki, gedib mobil operatordan özüm araşdırım ki, mənə zəng edənlər kimlərdir. Bunu mən araşdıracağamsa, o zaman polis nəyə lazımdır? Mən hesab edirəm ki, mənim və ailəmin həyatı təhlükədədir».

Cəhri polis bölməsindən N.Bayramovun onlara müraciət etdiyini təsdiqləyiblər. Bölmənin rəisi Vahid Qarayev AzadlıqRadiosuna naməlum zəngləri araşdırmadıqlarını deyib:

«Mən ona dedim ki, şəxsiyyət vəsiqəsini götürüb getsin «Azercell»ə. Gizli nömrənin kim olduğunu öyrənsin, ondan sonra müraciət eləsin. Biz gizli nömrə tapan deyilik ki? Tapsın zəng eləyən kimdir, sonra təkrar müraciət eləsin, araşdıraq».

N.Bayramov deyir ki, təhlükəsizliyinin qorunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də müraciət edib:

«Gördüm polis araşdıran deyil, qərara gəldim ki, təhlükəsizliyim üçün Vasif Talıbova müraciət edim. Yanvarın 1-də məktub yazıb, Ali Məclisə yola salmışam. Ümid edirəm ki, müsbət cavab alacağam».
XS
SM
MD
LG