Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:34

Əsgər ölümünə son qoymaq tələbinin qiyməti 10 min 500 manat


Bakıda «Əsgər ölümünə son» aksiyası
Bakıda «Əsgər ölümünə son» aksiyası
-

Nəsimi və Səbail rayon məhkəmələri «Əsgər ölümünə son» aksiyası zamanı saxlanan bir neçə nəfərin məhkəməsi keçirilib. Gənclər 300-600 manat məbləğində cərimələniblər.

Ülvi Həsənli - 600
Rəşad Həsənov («Nida» Vətəndaş Hərəkatının üzvü) - 600
Tural Abbaslı (Müsavat Partiyası Gənclər Təşkilatının sədri) - 600
Babək Həsənov (AXCP fəalı) - 600
Renad Nəcəfov (AXCP fəalı) - 600
Türkel Azərtürk - 600
Əbülfəz Qurbanlı (AXCP Gənclər Komitəsinin sədri) - 500
Turqut Qəmbər - 500
Məmməd İbrahim - 500
Vüsal Bayramov (AXCP fəalı) - 500
Həmid İsayev - 500
Təzəxan Mirələmli - 500
Səxavət Mehdiyev – 500
Arif Balayev (AXCP fəalı) - 450
Ramin Hacılı - 450
Abil Hüseynov - 400
Sübhi Həsənov - 400
Zakir Rəhmanov (bitərəf) - 400
Azər Kazımzadə - 400
Rail Abbasov - 300
Eltac Əlisoy - 300
Rauf Məmmədov - 300

CƏRİMƏLƏRLƏ BAĞLI ŞİKAYƏT EDİLƏCƏK

«Bu günkü cərimələrlə bağlı apelyasiya şikayətləri veriləcək. Əlavə olaraq Avropa Məhkəməsinə də müraciət olunacaq».

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev deyib. «Qanunla belədir ki, bu cəriməni ödəməyəndə ya ictimai işlərlə əvəz olunmalıdır, ya da ki, inzibati həbslə. Hökumət iddia edir ki, sərbəst toplaşmaq haqqında qanuna Venesiya Komissiyası müsbət rəy verib. Lakin bu dəyişikliklər Venesiya Komissiyası ilə razılaşdırılmadan həyata keçirilib. Hesab edirik ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara bu barədə müraciət etmək lazımdır».

Vəkil bildirir ki, cərimə olunanlar həmin məbləği ödəyə bilməyəcəklər. «Cərimə olunanlar ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərdir. Hökumət onları cərimə etməklə, onları siyasi fəaliyyətdən çəkindirməyə çalışır».

Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən Ceyhun Qubatovla bağlı yanvarın 12-də «Fəvvarələr» meydanında aksiya keçirilib.

Rəsmilər ilkin olaraq Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, onun döyülərək öldürüldüyünü iddia edənlər də var. Bundan sonra «Facebook» sosial şəbəkəsində «Əsgər ölümünə SON» kampaniyasına start verilib.

Bu arada yanvarın 1-dən icazəsiz aksiyalara görə cərimələr 30 dəfə artırıb. Razılaşdırılmamış mitinqə çıxan vətəndaşları 500-1000, mitinq təşkilatçılarını isə 1500-3000 manat cərimə gözləyir.

Bu artımlara səbəb parlamentin noyabrın 2-də razılaşdırılmamış kütləvi aksiyalara görə sanksiyaları və cərimələri artıran qanun layihəsini qəbul etməsidir.

5 QƏPİK

«Əsgər Ölümlərinə Son!» aksiyasında saxlanılanlara dəstək olmaq üçün «Facebook» sosial şəbəkəsində səhifə yaradılıb. Gənclər təklif ediblər ki, aksiyada həbs olunanların cəriməsini ödəmək üçün hamıdan 5 qəpik yığıb məhkəməyə versinlər:

«Hamıdan 5 qəpik yığıb məhkəməyə aparıb vermək, bunları çəkmək və yaymaq əslində bu prosesə daha çox adamın cəlb olunmasını təmin edə bilər».

Səhifənin adminləri belə deyir.
XS
SM
MD
LG