Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:58

Nizami Cəfərov: «Türkdilli ölkələrin əlifbalarını uyğunlaşdırmaq lazımdır»


Nizami Cəfərov
Nizami Cəfərov
-
«Türkdilli ölkələrin əlifbaları bir-birinə uyğunlaşdırılmalıdır. Bu, türkdilli ölkələrin bütün vətəndaşlarının bir-birinin əlifbasını başa düşməsi baxımından böyük önəmə malikdir».

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun fikrincə, hazırda türkdilli ölkələrin əlifbaları arasında müəyyən ziddiyyətlər var:

«Unifikasiya, yəni uyğunlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, latın əlifbasına keçəndə, eyni bir səs bütün türkdilli yazılarda eyni işarə ilə ifadə olunsun. Hətta Türkiyə türkcəsi ilə Azərbaycan əlifbası arasında eyni işarənin müxtəlif cür yazılması faktları var. Bu uyğunlaşdırma çox vacibdir. Biz bir-birimizi oxumalıyıq. Türkdilli dövlətlərin rəhbərləri, Təhsil və Mədəniyyət nazirlikləri, Elmlər Akademiyaları səviyyəsində türkdilli ölkələrin əlifbalarının uyğunlaşdırılmasına dair müzakirələr başlamalıdır. Buna ehtiyac var».

N.Cəfərov deyib ki, hazırda türkdilli ölkələrdə vahid yazı qrafikasına keçilməsi prosesi davam edir:

«Azərbaycandan sonra Özbəkistan latın əlifbasına keçib. Lakin onlar kiril əlifbasından da istifadə edirlər. Qazaxıstanda bu proses başlayıb. Onlar həm Türkiyənin, həm Azərbaycanın təcrübəsini öyrəniblər. Yəqin ki, onlar da bu əlifbaya keçəcəklər. Amma Qazaxıstanda rusların üstünlük təşkil etməsi səbəbindən rus dilinin mövqeyi çox güclüdür. Qazaxıstandan sonra Qırğızıstan da bu əlifbaya keçəcək. Çünki bu iki dil bir-birinə çox yaxındır. Həm də rusların sayı Qırğızıstanda çox deyil. Türkmənistanda da latın qrafikasına keçmək meyli aparıcıdır. Tatarıstanda və Başqırdıstanda da bu meyl kifayət qədər güclüdür».
XS
SM
MD
LG