Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Əkrəm Əylisliyə dəstək aksiyası (Video)


Ziyalılardan Əkrəm Əylisliyə dəstək...
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Ziyalılardan Əkrəm Əylisliyə dəstək...

-
Fevralın 3-də Sabirin heykəli qarşısında bir qrup yazarın iştirakı ilə azad sözə dəstək aksiyası keçirilib.
Yazıçı Elnur Astanbəyli deyib ki, aksiyanı yaradıcı azadlığın, Əkrəm Əylislinin müdafiəsi üçün keçirirlər. O, Əkrəm Əylisinin parlamentdə hədəfə alınmasını pisləyib. “Konstitusiya hər kəsə ifadə azadlığı verirsə, heç kimin şantajla, hədə qorxu ilə danışmaq haqqı yoxdur”.
Elnur Astanbəyli yazıçı Rafiq Tağını hədə qorxular nəticəsində itirildiyini xatırladıb. Deyib ki, sözün qarşısına silahla, hədə-qorxu ilə çıxmaq olmaz. “Yazıçının evinin qarşısını qəzəb meydanına çevirmək, onu hədələmək qeyri-insani, qeyri demokratik addımdır”.
Yazar Günel Mövlud isə deyib ki, heç kimin yazıçıya qadağa qoymaq, qəddar təzyiqlər göstərmək haqqı yoxdur. Günel Mövlud Əkrəm Əylisliyə olan hücumların kökündə siyasi təzyiqlərin dayandığını bildirib. Deyib ki, Əkrəm Əylisinin həyatı ilə bağlı hər hansı mənfi hadisəyə görə məsuliyyət hakimiyyətin üstünə düşür.
Rejissor Əlisa Cabbarov isə deyib ki, “100 il əvvəl Mirzə Cəlil, Həsən bəy Zərdabi və məsləkdaşlarının keçirdiyi faciələri bu gün bizim müasirlər yaşayır”.
Əlisa Cabbarov dövlətin Əkrəm Əylislini qorumalı olduğunu bildirib: “Qaraguruh ondan əlini çəkməlidir”.
XS
SM
MD
LG