Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:56

Beynəlxalq təşkilatlar Avropanı Azərbaycana qarşı sərt tədbirlərə çağırdı


Arxiv foto
Arxiv foto
-

Vətəndaş Həmrəyliyi Platforması və Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu ölkədə son günlər davam edən həbsləri və təqibləri qətiyyətlə pisləyən bəyanatla çıxış edib.

Bəyanatda İsmayıllı etirazlarında və daha sonra Bakıda bu etirazlara dəstək aksiyasında xeyli fəalın həbs edildiyi bildirilir.

Bəyanatda deyilir ki, həbs edilənlərin arasında tanınmış bloqqer Emin Milli, insan haqları fəalı və Rafto Mükafatının qalibi Məlahət Nəsibova, insan haqları müdafiəçisi İntiqam Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayılova da olub. Onlardan bəzilərinin bu yaxınlarda AŞPA-nın sessiyasında iştirak etdikləri xüsusilə vurğulanır. Həmin sessiyada Azərbaycana aid iki qətnamənin müzakirə edildiyi vurğulanır.

Deyilir ki, onlardan biri – Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul edilməsə də, qəbul edilmiş digər qətnamədə razılaşdırılmamış toplantıların təşkilatçıları və iştirakçılarının cərimələrini dəfələrlə artıran dəyişikliklərlə bağlı narahatlıq ifadə edilir.

Cinayət və İnzibati Məcəllələrə müvafiq dəyişikliklər bu il yanvarın 1-dən qüvvəyə minib.
Bəyanatda bildirilir ki, bu dəyişikliklərin Bakıda keçirilmiş son etiraz aksiyalarına da şamil ediləcəyi və bunun sərbəst toplaşma və ifadə azadlığına daha da mənfi təsir göstərəcəyi gözlənilir.

RƏSMİ BAKIDAN SƏRT TƏLƏBLƏR

«Vətəndaş Həmrəyliyi Platforması və Azərbaycanla Beynəlxalq Tərəfdaşlıq Qrupu Bakıda keçirilmiş dinc etirazların iştirakçılarının həbsini qətiyyətlə pisləyir. Biz beynəlxalq birliyi Azərbaycan hakimiyyətindən insan haqları fəallarının və jurnalistlərin tənqid edən səslərini cəzalandırmasını dayandırmağı tələb etməsinə çağırırıq», bəyanatda deyilir.

Nils Muižnieks
Nils Muižnieks
Article 19, Sərhədsiz Reportyorlar kimi nüfuzlu təşkilatlar və əsasən keçmiş SSRİ-dən olan insan haqları fəalları, həmçinin Avropa Şurası İnsan Haqları Komissarı Nils Muižnieks-ini bu yaxınlarda Azərbaycana səfəri zamanı etirazçıların həbsi məsələsini qaldırmağa çağırırlar.

«Biz həmçinin Avropa Şurası Nazirlər Komitəsini Azərbaycanın AŞPA-ya 2013-cü ilin may-noyabr ayları üçün nəzərdə tutulan sədrliyi ərəfəsində, bu ölkənin Avropa Şurasında iştirakı məsələsinə dair ciddi debatlara çağırırıq»– bəyanat müəllifləri bildirirlər.

Vətəndaş Həmrəyliyi Platforması Avropa Parlamentini fevralın 4-7-də nəzərdə tutulmuş plenar sessiyasında Azərbaycanda son vaxtlar keçirilmiş həbslər barədə qətnamə qəbuluna çağırır.
XS
SM
MD
LG