Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Tanınmış rus yazıçısı Akunin Əkrəm Əylislinin müdafiəsinə qalxdı


Borİs Akunin
Borİs Akunin
-

"Siz bilmirsinizmi, yazıçı ilə müharibədə dövlət qalib gələ bilməz?"


Tanınmış Rusiya yazıçısı Boris Akunin də Əkrəm Əylisli ilə bağlı Azərbaycanda gedən müzakirələrə qoşulub. Yazıçının öz bloqunda yerləşdirdiyi yazının aktuallığınl nəzərə alan Qaynar.info onu tərcümə edərək oxuculara təqdim edir:


Boris Akunin


AZƏRBAYCAN HAQDA

Bilirəm, bu mətni oxuyan bəzi azərbaycanlılar deyəcəklər: başqa ölkənin daxili işlərinə qarışmaq rus ədəbiyyatçısının borcuna qalmayıb, get öz ölkənin dərdini çək. Amma mən Azərbaycan haqda kitab yazdıqdan sonra bu ölkə mənim üçün doğma ölkəyə çevrildi, neylək, bu da biz yazıçıların şakəridir.

Həm Azərbaycanı sevdim, həm də azərbaycanlıları. Sehrli Bakı məndə çox gözəl təəssüratlar oyatdı.

Hətta belə deyərdim, Bakıda olarkən, oranın adamlarıyla söhbətləşərkən, anlamağa başladım ki, azərbaycanlı-erməni düşmənçiliyinin tarixində heç də hər şey sadə deyil və yalnız ağ-qara rənglərdən də ibarət deyil. Dünya birliyinin bu məsələdə yalnız tərəflərdən birini yekdilliklə dəstəkləməsi mənə ədalətsiz təsir bağışladı. Elə hesab edin ki, mən azərbaycanofil oldum.

Axı sizin bu özünüzə etdiklərinizi necə başa düşək, əzizim azərbaycanlılar?

Cəsarətli bir insan çıxdı, yazıçı Əkrəm Əylisli. Üstündən bir xeyli zaman ötdükdən sonra ilk dəfə sizi barışığa doğru addım atmağa səslədi. Bu bir yazıçı səslənişi, bədii mətn idi. Barışığa doğru addım özünü bu sözlərdə büruzə verir: bilirsiniz necədir, baş verənlərdə bizim də günahımız var.

Buna görə siz həm dövlətin, həm ictimai təşkilatların, həm də xalq kütlələrinin qəzəbiylə Əkrəm Əylislinin üstünə düşdünüz. Bir nəfərin üstünə... Yetmiş beş yaşlı yazıçının üstünə... Özü də nəyə görə, nəyin üstündə... Bir romana görə.

Xahiş edirəm, dayanın! Siz bütün dünyanın gözləri qarşısında öz ölkənizə ağır zərbələr vurursunuz. Məgər siz bilmirsinizmi, yazıçı ilə müharibədə dövlət qalib gələ bilməz? Öldürə bilər, təzyiqlər edə bilər. Amma bununla belə, həmişə uduzmuş tərəf olaraq qalacaq.

Siz ikinci Salman Rüşdi hadisəsiylə üzləşmək istəyirsiniz? Siz heç kimin dəstəkləmədiyi ölkəyə çevrilmək istəyirsiniz?

Öz hərəkətlərinizlə sübut edin ki, Azərbaycan – mədəni ölkədir və ədəbiyyata görə burada heç bir yazıçını repressiyaya məruz qoymurlar.

Əkrəm Əylisliyə isə dözüm və qəlb rahatlığı diləyirəm. Əkrəm Əylisli bir kitab yazdı, bu kitabı yazmaya bilməzdi. Yazıçı üçün də vacib olanı elə budur.

Tərcümə: Ramil R.
Qaynar.info
XS
SM
MD
LG