Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Xədicə İsmayılovanın şikayəti təmin olunmadı


-


Fevralın 11-də Bakı Apelyasiya Məhkəməsi 26 yanvar aksiyasına görə cərimələnmiş araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şikayətini təmin etməyib. Həmin aksiya zamanı saxlanmış jurnalist onun cərimə olunması barədə Səbail rayon Məhkəməsinin qərarından şikayət etmişdi.

Xədicə İsmayılova şikayətini belə əsaslandırıb ki, sərbəst toplaşma haqqında konstitusion hüquqlarından yararlanaraq polisin aksiyalardakı davranışına etiraz etmək üçün fəvvarələr bağına getmək istəyib. Sahil bağında polislərin yolu bağladığını, aksiyaya getmək istəyənləri dəyənəklə döydüyünü görüb və etirazını bildirib. Polis işçiləri qollarından yapışaraq onu zorla və kobud şəkildə maşına mindiriblər.

Jurnalist polisin onunla kobud rəftar etdiyini, mobil telefonunun əlindən alındığını bildirib. Dediyinə görə Səbail rayon məhkəməsi də onun öz vəkili ilə təmin edilmək tələbini rədd edib.

Amma Bakı Apelyasiya Məhkəməsi Xədicə İsmayılovanın 400 manat məbləğində cərimələnməsi barədə qərarı qüvvədə saxlayıb.
XS
SM
MD
LG