Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

Azərbaycanda 12 nəfərdən 1-i talassemiya daşıyıcısıdır


“Hazırda Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəliyinin daşıyıcısıdır. Əgər iki talassemiya daşıyıcısı evlənərsə, dünyaya gələcək körpənin 25 faiz xəstə, 25 faiz sağlam, 50 faiz isə xəstəlik daşıyıcısı kimi doğulması ehtimalı var”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov deyib.

O bildirib ki, talassemiya daşıyıcıları praktik sağlam insanlardır. Ancaq bu iki daşıyıcının evlənməsi nəticəsində talassemiyalı uşağın doğula biləcəyini söyləyən baş məsləhətçi vurğulayıb ki, belə uşaqların doğulmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir:

“Belə ki, talassemiya daşıyıcıları nikaha girmədən öncə onlardan sağlamlıq arayışı alınmalıdır. Bundan əlavə, həmin şəxslərə həkimlər tərəfindən genetik məsləhətlər verilməlidir. Bu işlərin görülməsində ən başlıca məqsəd talassemiyalı xəstələrin doğulmasının qarşısını almaqdır”.

D. Hümbətov qeyd edib ki, hazırda Azərbaycanda 2270 nəfər talassemiyalı xəstə var və onların 40-50 faizi qan komponentlərinə ehtiyac duyur: “Həmin xəstələrin qan komponentləri ilə təmin olunmasında heç bir problem yoxdur. Bu komponentlər dövlət tərəfindən təmin edilir”.
XS
SM
MD
LG