Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:34

ABŞ səfiri: «İnsanları əsas narahat edən məqam korrupsiyadı» - [Video]


ABŞ səfiri: «İnsanları əsas narahat edən məqam korrupsiyadı»
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

ABŞ səfiri: «İnsanları əsas narahat edən məqam korrupsiyadı»

-

Fevralın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Gəncəyə gəlib. Səfir İcra başçısı ilə görüşdən sonra universitet tələbələriylə görüşüb. Daha sonra Richard Morningstar AzadlıqRadiosu-nun suallarına cavab verib:

- Cənab səfir Gəncəyə səfərinizdən gözləntilərniz nə idi və hansı təəssuratlarla Bakıya qayıdırsız?
- Gəncəyə gəlməzdən əvvəl onun haqda çox eşitmişdim. Bilirəm ki, Gəncə çox vacib və əhəmiyyətli şəhərdir. Azərbaycanın ikinci böyük şəhəridir. Biz burada çox gözəl iki gün keçirdik. Gəncə çox gözəldir və çox yaxşı bir coğrafi şəraitdə, mühitdə yerləşir, şəhərətrafı dağlar çox füsunkardır. Eyni zamanda buradakı insanların hərarətli münasibəti və qonaqpərvərliyi məni çox məmnun etdi. Burada olarkən çoxsaylı gənclərlə görüşmək imkanı əldə elədim. 4 müxtəlif görüşdə ümumilikdə 500-dən artıq gənclə görüşmüşəm. Gənclərlə görüşdən sonra mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram. Mən parlaq zəkalı gəncləri gördüm, onların gələcəklə bağlı arzuları var. Onlar Azərbaycanın daha da inkişaf etməsini, güclü iqtisadiyyata malik demokratik bir ölkəyə çevrilməsini istəyirlər. Onlar istəyirlər ki, ölkə elə bir şəkildə inkişaf eləsin ki, onların hər birinə bu ölkənin inkişafına töhfə vermək imkanı yaradılsın. Bu səfər mənim üçün bölgələrin, regionların əhəmiyyətini bir daha vurğuladı.
- Bakı ilə bölgələr arasında hansı inkişaf fərqini görürsüz?
- Mən bu vaxta kimi ölkənin müxtəlif istiqamətlərində olmuşam. Bölgələrlə bağlı çox pozitiv, müsbət məqamlar var. Onlardan da biri odur ki, nəqliyyatda o qədər sıxlıq yoxdur. Fərqə gəldikdə isə deyərdim ki, insanlar hər yerdə eynidir. Buranın da gəncləri Bakıdakı kimi eyni arzu istəklərə malikdirlər. Onlar istəyirlər yaxşı təhsil alsınlar. Məndə təəccüb doğuran o oldu ki, əksər gənclər ABŞ mübadilə proqramında iştirak ediblər. Bu ölkələrimiz arasında əmkdaşlığın və anlaşmanın artırılmasına çox böyük müsbət təsir edib. İcra Hakimiyyətinin başçısı da təhsili diqqət mərkəzində saxlayıb və mübadilə proqramları sahəsində əməkdaşlığı diqqətdə saxlamaq istəyir. Onunla görüşümüzdə əsas müsbət məqamlardan biri bu olmuşdur. Biz regionlarla əməkdaşlığı davam etdirmək istəyirik. Eyni zamanda istəyirik ki, gənclərin təhsillə bağlı arzularına köməklik göstərək. Gənclərin arzuları bundan ibarətdir ki, güclü, demokratik bir ölkədə yaşasınlar.
- Hüquq müdafiəçiləri və QHT-lərlə görüşünüz oldumu? Bölgədə QHT-lərin fəaliyyətlərinin məhdudlaşdırılması problemləri var. Buna münasibətiniz necədir?
- Hesab edirəm ki, QHT-lərin fəaliyyətinə məhdudiyyətlər qoyulmamalıdır. Çünki QHT-lər demokratik cəmiyyətin yaradılmasına əsas töhfə verən təşkilatlardır. Biz bilirik ki, ötən bir neçə həftə ərzində, bundan daha öncə də müəyyən spesifik məsələlər baş verib. Buradakı rəsmi görüşlərimizdəki müzakirələrimizin o olmuşdur ki, problemlərin gələcəkdə baş verməsinin qarşısını almaq üçün hökumətlə QHT-lər arasında daha çox əməkdaşlıq olsun. Hesab edirik ki, hökumətlə QHT-lər arasında daha açıq dialoq olarsa qarşılıqlı təmaslar olarsa bu işdə kömək edə bilər. Əgər bizim bu işin rəvan getməyində bizim bir köməkliyimiz dəyə bilərsə kömək etməyə hazırıq.
- Sizcə sosial problemlərin həlli üçün Azərbaycan hökumətinin daha çox nəyə ehtiyacı var? Pula, Siyasi iradəyə, peşəkarlığa, yoxsa yerli özünü idarəetmənin artırılmasına?
- Sözsüz ki, bunların hamısı faydalı olardı. Bu Azərbaycanın öz məsələsidir. Xarici gözlə baxırıq buna və xaricdən qiymət veririk buna. Ümidvarıq ki, hökumətlə vətəndaşlar arasındakı münasibətlər daha sıx olacaq və vətəndaşların qanuni şikayətləri nəzərdən keçirilsin ki, bu istiqamətdə irəliləyiş əldə olunsun. Bir neçə həftə bundan əvvəl prezident çıxış etmişdir. Hesab edirəm bu yaxşı çıxışdır. Bu fəaliyyət nöqteyi nəzərindən hökumətlə vətəndaş arasında yaxşı dialoqa gətirib çıxaracaq.
- Ölkənin bir çox regionlarında aksiyalar keçirildi. Sakinlər sosial problemlərin yığılıb qalmasından narazıdırlar. Bir neçə bölgədə icra başçıları dəyişdirildi. Bütün bunlar barədə qənaətiniz nədir?
- Əlbəttə, icra başçısının dəyişdirilməsi ilə bağlı hansısa bir fikir vermək bizim üzərimizə düşən vəzifə deyil. Azərbaycan hökumətinin üzərinə düşən vəzifədir. Ancaq bu öz özlüyündə bu müsbət əlamətdir və qeyd etdiyim kimi hökumətlə insanlar arasında dialoqa ehtiyac var ki, bu da irəliləyişlərə gətirib çıxara bilər.
- Hökumətin antikorrupsiya siyasətini necə dəyərləndirirsiniz?
- Ümumilkdə baxıb görəcəyik ancaq hesab edirəm ki, ASAN proqramının vahid pəncərə və yaxud bir müxtəlif proqramlar üzrə fəaliyyət göstərməsi müsbət haldır. Bu sözsüz ki faydalı olacaq. Sirr deyil ki, insanları əsas narahat edən məqam korrupsiyadır. Bu korrupsiya halları gündəlik həyatlarına müdaxilə edən bir haldır. Təkrar edirəm ki, prezidentin çıxışından sonra hökumət xüsusi olaraq sadə vətəndaşların narahatlığını həll edərək münbit şərait yaradacaq.
- Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycandakı siyasi qüvvələr hansı mesajlarınız var?
- Biz həmişə demişik və indi deyirik, biz bütün ölkələrdə olduğu kimi burada da azad və ədalətli seçkilər görmək istəyərdik. Azad və ədalətli seçkilər seçki günü şəffaflıqla məhdudlaşmamalıdır. Ümidvarıq ki, bütün namizədləri öz platformalarını təqdim etmək üçün şərait yaradılacaq. Eyni zamanda bütün qüvvələrə sərbəst toplaşmaq azadlığı veriləcək. Bundan mediada onların açıq müzakirəsi üçün şərait yaradılacaq. Sadaladıqlarım demokratiyanın əsas atributlarıdır. Ümid edirik ki, Azərbaycan da da buna riayət olunacaq.
- Azərbaycanda seçki ilə bağlı bu qədər arzularınızın zərurəti nədir? Azərbaycandakı seçki mühitini necə görürsüz?
- Hazırda Azərbaycanda nə baş verməsi barədə bəyanat vermək istəməzdim. Yalnız onu deyə bilərəm ki, Azərbaycan hökuməti ilə demokratik seçkilər keçirilməsi bunun üçün şərait yaradılması haqda söhbətlər aparırıq. Yəni mən “Alisa möcüzələr ölkəsində” ki kimi danışmaq istəmirəm. Əlbəttə, müəyyən məsələlər var. Bunların həll dilməsi üçün dialoqa ehtiyac var. Hesab edirəm ki, mətbuatda bu barədə tez-tez danışmaqdansa daha çox şəxsi konstruktiv danışıqlar daha faydalı olar.
XS
SM
MD
LG