Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:38

Hilal Məmmədova əl-ələ dəstək


Hilal Məmmədovun məhkəməsinin qapalı olmasına etiraz
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Hilal Məmmədovun məhkəməsinin qapalı olmasına etiraz

-

Fevralın 27-də həbsdəki redaktor Hilal Məmmədova dəstək məqsədilə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qarşısında səssiz etiraz aksiyası keçirilib.

20-yə yaxın ictimai fəal məhkəmənin qarşısında əl-ələ tutaraq «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının pozulmasına, məhkəmə prosesinin qapalı keçirilməsinə etirazlarını bildiriblər.

Aksiya Hilal Məmmədovun penitensiar maşınından düşürülüb məhkəmə binasına aparılmasına qədər davam edib.

Bundan əvvəl H. Məmmədovla bağlı prosesin qapalı keçirilməsinə etiraz olaraq ictimai fəallar maska taxaraq səssiz aksiya keçirmişdi.

Hilal Məmmədov 2012-ci ilin iyunun 21-də həbs olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. Lakin beynəlxalq birlik və hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər.

Jurnalistləri Müdafiə Komitəsi Hilal Məmmədovun həbsi haqda bəyanat yayaraq, Azərbaycan hakimiyyətini dərhal Hilal Məmmədovu azad etməyə və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmağa çağırıb.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG