Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:51

İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmadı


İlqar Məmmədov (Arxiv foto)
İlqar Məmmədov (Arxiv foto)
-
Martın 1-i Bakı Apellyasiya Məhkəməsi REAL hərəkatının sədri İlqar Məmmədovun qanunsuz həbslə bağlı apellyasiya şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Fuad Ağayev məlumat verib. Vəkilin sözlərinə görə, proses gözlədiklərindən artıq keçməyib:
“Bu tipli işlərdə Azərbaycan məhkəmələri özlərini müstəqil, qərəzsiz göstərə bilmir. Odur ki, səmərəli müdafiə vasitəsi sayıla bilməzlər. Baxmayaraq ki, İlqar Məmmədovun 8 saat saxlanmasının qanunsuz olması şübhə doğurmur, kollegiya bizim apellyasiya şikayətimizi təmin etmədi”.
“MƏMMƏDOV SİYASİ BAXIŞLARINA GÖRƏ TƏQİB OLUNUR”
Vəkil, məhkəmənin qərarını əvvəlcədən təxmin etdiyindən, ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini də dedi: “Əvvəlcədən anlaşılırdı. Bu cür siyasi mühitdə məhz siyasi baxışlarına görə təqib olunan birinin məhkəməsi nəticə verməyəcək. Odur ki, vaxt itirmədən, ötən həftə Avropa Məhkəməsinə müraciət etdik. Bu gün isə yanılmadığımız bir daha anladıq”.
İlqar Məmmədov Nəsimi rayon məhkəməsi tərəfindən fevralın 4-də həbs olunub. O, CM-in 233 və 315.2-ci maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG