Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:00

"MKM-in siyahısı biabırçılıqdır"


Cavid Zeynallı
Cavid Zeynallı
-

Cavid Zeynallı: "Siyahıda elə müəlliflər var ki, ədəbi mühitdə qeyri-ciddi imza kimi tanınırlar".

Yaşar Əliyev: "Onun əsəri siyahıda olmayıb"


Yazıçı Cavid Zeynallı Milli Kitab Mükafatının martın 1-də açıqlanan uzun siyahısını (ilk 20-lik) biabırçılıq adlandırıb. İyirmiliyə əsəri düşməyən C.Zeynallı Kulis.Az-a açıqlamasında ekspertlərin özünə yaxın adamları siyahıya saldığını bildirdi: “Bu siyahıya baxan kimi hiss olunur. Burda ədəbi kriteriyalardan daha çox ekspertlərə yaxınlıq, nəsil anlayışı əsas götürülüb. Siyahıda elə müəlliflər var ki, ədəbi mühitdə qeyri-ciddi imza kimi tanınırlar. Eyvaz Zeynalovun, Alik Məmmədovun və Azər Qaradərəlinin potensialına yaxşı bələdəm. Vahid Qazının “Çamayra. Kuba gündəliyi” əsəri sırf publisistikadır. Ancaq bədii əsər kimi ora daxil edilib”.

Yazıçı MKM-in təsisçisi Nigar Köçərlinin müsabiqənin rəhbəri kimi balları açıqlamasını xahiş etdi: “Ekspertlərin mənim əsərimə verdiyi balı açıqlasın. Həmçinin ekspertlər mənim romanımı hansı səbəbdən kənarda saxlayıblar, ona aydınlıq gətirsinlər. Ekspertlərdən biri mənə üstüörtülü dedi ki, sənin əsərin oxunuşa verilməyib, o biri də dedi, siyahıya düşmək üçün balın çatmadı. Anlaşılamaz, absurd vəziyyətdir”.

MKM-in eksperti Yaşar Əliyev C.Zeynallının dedikləri ilə razılaşmayaraq onlara təqdim olunan ümumi siyahıda onun əsərinin olmadığını söyləyib: “Biz məsələ qaldırdıq ki, Cavidi ümumi siyahıya salaq, amma təklif gəldi ki, Cavid gənclər siyahısında olsun. Mən onun əsərini oxumamışam və onun əsərinin nə üçün ekspertlərə təqdim olunmamasının səbəbini bilmirəm. Cavid və qırx nəfərə yaxın başqa imza gənclər
Nigar Köçərli
Nigar Köçərli
çün nominasiyaya daxil edilib. Bir də ki, Vahid Qazının əsəri publisistik çalarla yazılmış bədii əsərdir. Əsər üslub cəhətdən çox maraqlıdır. Bu milli kitab mükafatıdır, bədii əsər də, publisistik əsər də ola bilər. Burada sırf bədii əsərlərdən söhbət getmir”.

C.Zeynallının iradlarını normal qarşılayan MKM-nin rəhbəri Nigar Köçərli isə bildirib ki, hər kəsin rəyi onlar üçün vacibdir. Balların açıqlanmayacağını sözlərinə əlavə edən N.Köçərlinin ekspertlərin tərəf tutmasına münasibəti belə oldu: “Ekspertlər ayrılıqda, tək-tək buna münasibət bildirsinlər. Kimin əsərinin uzun siyahıya düşüb-düşməməyi ilə bağlı söhbətlərə yalnız onlar cavab verə bilər. Bizə əsərlərini göndərən müəlliflərə qeydiyyat nömrəsi verilibsə deməli onun əsəri qeydiyyata götürülüb və kitab və ya disk şəklində ekspertlərə təqdim olunub”.
XS
SM
MD
LG