Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:05

Elşad Abdullayevə cinayət işi açılıb


Elşad Abdullayev
Elşad Abdullayev
-
O, Cinayət Məcəlləsinin 29, 312.2-ci maddəsi ilə rüşvət verməyə cəhd etməkdə ittiham edilir.

Cinayət işi ayrıca icraata götürülüb. İstintaqın davam etdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.

Xəbəri Baş Prokurorluq yayıb.

Məlumatda deyilir ki, Baş nazirin müavinin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rektoru olduğu universitetin fəaliyyətinin davam etdirilməsi üçün ona yalan vədlər verib.

E.Abdullayevdən 2009-cu ilin avqust-oktyabr aylarında hissə-hissə 1 000 000 ABŞ dolları alıb:

«Bununla Vaqif Hüseyn dələduzluq edib. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb. Barəsində həbs qətimkan tədbiri seçilib».

Məlumatda həmçinin deyilir ki, Vaqif Hüseyn Elşad Abdullayevin təzyiqlərindən sonra Ənvər Əhmədovun, Əyyub Əzizovun və başqalarının iştirakı ilə 600 000 ABŞ dollarını qaytarıb:

«19 avqust 2011-ci ildə isə oğlu Rəşad Hüseynə məxsus 465 000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirib».

Vaqif Hüseyn haqqında ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG