Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:08

ATƏT əməkdaşının döyülməsini təkzib edir - [Video]


ATƏT-in bayrağı
ATƏT-in bayrağı
-
Novxanıda ATƏT-in siyasi partiya gənclər təşkilatları üçün keçirdiyi təlimlə polis müdaxiləsi olub.

Təlimlər artıq başa çatıb. Ötən gecə təzyiqlərlə üzləşən təlim iştirakçıları təşkilatın maşınları Bakıya dönməkdədirlər.

Martın 9-u axşam saatlarında ATƏT-in Novxanıda keçirilən tədbirində baş verənlərlə bağlı suallarımızı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı cavablandırır:

- Əbülfəz bəy, seminar bitdimi?

- Artıq, biz ATƏT-in maşınları ilə Bakıya doğru gəlirik.

- Tədbir iştirakçılarına hər hansı təhlükə varmı?

- İndilikdə elə bir təhlükə görmürük, amma düşünürük ki, biz Bakıya çatandan sonra nələrsə baş verə bilər. Biz hardasa 20 nəfərə yaxınıq. Bizim aramızda YAP-çılar da var, ANA Vətən partiyasının və digər müxalifət partiyalarından olan gənclər də var. Hələki bizi kimsə izləmir, ola bilər ki, biz maşınlardan düşəndən sonra bizi saxlasınlar. Görək nə olur.

- Martın 9-u axşam sizin iştirak etdiyinin tədbirə müdaxilə edənlər kimlər idi?

- Əsasən mülki geyimlilər idi. Onların arasında polislər də var idi. Onlar hardasa 7-8 xarici markalı avtomobillərlə gəlmişdilər. Tədbir keçirilən zala daxil olan kimi məni tutdular, maşına oturdular. Dedilər biz Bakı Baş Polis İdarəsinin əməkdaşlarıdır. Dedilər biz idarə rəisi Rafiq Abbasova tabeyik.

- Sonra səni hara apardılar?

- Oteldən hardasa 200 metr aralanmışdıq, sonra onlara tapşırıq verildi ki, bizi geri qaytarsınlar.

- Niyə sizi saxlamışdılar, səbəb nə idi?

- Onlar bizə dedilər ki, bizə məlumat daxil olub, getməlisiniz. Onların əlində ATƏT-in tədbirində iştirak edənlərin siyahısı var idi. Bizə yarı zarafat deyirdilər ki, yandırıcı butulkalarla bağlı aranız necədir, hazırlayırsız-hazırlamırsınız. Tədbirdəki bəzi xanımlara qarşı zorakılıqlar oldu. Onların bəzilərinin mobil telefonları, kompuyterləri, flaşkartları əllərindən alındı. Bəzilərinin notebook-ları hələ də özlərinə qaytarılmayıb.

- Əbülfəz bəy, ATƏT nümayəndəsinin xəsarət alması barədə də məlumatlar yayılmışdı, amma sonradan təkzib edildi. Olmuşdumu belə bir hadisə?

- Biz otelin kafesində oturmuşduq xəbər gəldi ki, polislər gəlir, əvvəlcə ATƏT-in təlimçisi çıxdı bayıra, sonra mən çıxanda gördüm ki, ATƏT təlimçisi Elgün Tağıyevin burnunun üstündə xəsarət var idi, qan gəlirdi, salfetka ilə burnundan tutmuşdu. Bunu orda olanların çoxsu gördü. Sonradan Elgün Tağıyev bəyan elədi ki, onu heç kim vurmayıb, qapıya dəyib xəsarət alıb. Amma ilkin olaraq hamıda belə bir təəsürat yarnmışdı ki, onu polislər və ya mülkigeyimlilər vurub.

- Gecə sizin qaldığınız otel nəzarətdə idi?

- Yox həmin adamlar sonra çıxıb getdilər. Bu 10 mart aksiyası ilə bağlı olan bir təzyiq idi bizə qarşı. Bununla çalışırdılar ki, bizim aksiyaya getməyimizin qarşısını alsınlar. Amma bu kimi təzyiqlər heç vaxt fayda vermədiyi kimi indi də fayda verməyəcək. Sadəcə Azərbaycan hökuməti düşünməlidir ki, bu qaydada idarəçilik olmaz.

Azərbaycan Avropa Hərəkatının İctimai Əlaqələr üzrə katibi Pərviz Əzimov isə deyir ki, mülki geyimli şəxslər təlim iştirakçılarına kobudluq ediblər:

«Bizə heç bir məlumat vermədən dedilər ki, burda mitinq keçirirsiz. Bizimlə getməlisiz. Biz də mülki geyimlilərin kim olduqlarıyla maraqlandıq. Heç bir məlumat vermədilər...»

Təlim iştirakçılarının sözlərinə görə, mülki maşınlar bir neçə saat hotel həyətində gözlədikdən sonra gediblər.

Hadisəylə bağlı AF Hotel-dən heç bir məlumat vermək istəməyiblər.

Binəqədi Polis İdarəsinin növbətçi hissəsindən isə AzadlıqRadiosuna dedilər ki, onlarda bu hadisə haqda heç bir məlumat yoxdur.

ATƏT SÖZÇÜSÜ DEYİR Kİ...

ATƏT-in Bakı ofisi əməkdaşı Elgün Tağıyevin polis və mülkigeyimlilər tərfindən döyülməsini təkzib edir.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov AzadlıqRadiosuna deyib ki, əməkdaşları sırf təsadüf nəticəsində xəsarət alıb.
“Bizim əməkdaşın döyülməsi tamamilə yalan söhbətdir. Mən həm əməkdaşımızla, həm də oradakı bizim mütəxəsislərlə danışdım. Bizim əməkdaş telefonla danışa-danışa gedirmiş və bu zaman o qapıya dəyib. Bunu tam əminliklə deyirəm”.
Qaldı ki, ATƏT-in tədbirinə polis və mülkigeyimlilərin müdaxiləsinə Rəşad Hüseyov deyir bu məsələyə bazar ertəsi münasibət açıqlayacaqlar.

XS
SM
MD
LG