Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Rəşad Həsənova 3 aylıq həbs verildi


Üzeyir Məmmədli və Rəşad Həsənov 10 mart "Əsgər ölümlərinə SON!" aksiyasında
Üzeyir Məmmədli və Rəşad Həsənov 10 mart "Əsgər ölümlərinə SON!" aksiyasında
-
Martın 14-də mülkigeyimlilər tərəfindən saxlanılaraq Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan aparılan gənc fəal Rəşad Həsənov barəsində 3 aylıq həbs- qəti imkan tədbiri seçilib.

Vəkili Əsabəli Mustafayevin Azadlıq Radiosuna verdiyi məlumata görə, «N!DA» Vətəndaş Hərəkatının idarə heyətinin üzvü barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma ve gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Vəkil Rəşad Həsənovun həbsi ilə bağlı məlumatı vəkilinə müstəntiq verib.

Əsabəli Mustafayev Rəşad Həsənovla hələ görüşməyib.

İttihamlar təsdiqlənərsə gənc fəalı 5-8 il həbs gözləyir.

Ötən həftə isə «N!DA» Hərəkatının 3 üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizova qarşı cinayət işi açılıb.
Prokurorluq və MTN-nin məlumatına əsasən, «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb.
«N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.

XS
SM
MD
LG