Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:11

Zaur Qurbanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
Zaur Qurbanlı, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb.
Bu barədə AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib:

Onun sözlərinə görə, Zaur Qurbanlıya qarşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham sürülür. O odlu silah saxlamaqda təqsirli bilinir.

Nəsimi Rayon Məhkəməsi istintaqın təqdimatına baxaraq Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunan fəal barədə üç aylıq həbs qətimkan tədbiri seçib.
«N!DA» Hərəkatı üzvlərinin həbsini siyasi basqı kimi qiymətləndirir.

ZAUR QURBANLI İSTİNTAQ İDARƏSİNƏ APARILIB

Xalid Bağırov:
«Zaura zəng çatmır, mənə məlumat verə bilmir və məni ora müstəntiq çağırırsa deməli Zaur artıq ordadır. Hələ bilmirik nəynən bağlı çağırıblar».
Bir neçə gün əvvəl NİDA-nın idarə heyyətinin üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli barəsində də 3 aylıq həbs qərarı çıxardı.
Hər ikisi CM-nin 228.3-cü maddəsi ilə ittiham olunur.
Buna qədər «N!DA» Hərəkatının 4 üzvü saxlanıb və barələrində 3 aylıq həbs qərarı çıxarılıb.
Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov martın 10-da «Fəvvarələr» meydanında keçirilmiş etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadəyə cəhddə ittiham olunurlar.
Rəşad Həsənov isə qanunsuz silah saxlamaqda təqsirləndirilir.
XS
SM
MD
LG