Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:22

Repressiyaların artan dozası


Arxiv foto
Arxiv foto
-

Aprelin 2-də çap olunan qəzetlərin icmalı:
«Azərbaycan ətrafında beynəlxalq şəraitin əlverişsiz olması hakimiyyətin qorxusunu daha da artırır». Bunu «Azadlıq» qəzetinə müsahibəsində Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib.
«Bu səbəbdən də hakimiyyət repressiyaların dozasını artırır və yəqin ki, bu, artan xətlə davam edəcək».
Partiya sədrinə görə, hakimiyyət yerli aksiyaların kütləvi xalq hərəkatına çevriləcəyindən narahatdır:
«Hakimiyyəti yaxşı gələcək gözləmir».
«FREEDOM HOUSE»LA MİLLİ DEMOKRATIYA İNSTİTUTU DÖVLƏTLƏRƏ QARŞI TƏZYİQ QRUPLARI KİMİ
«Yeni Azərbaycan» qəzeti yazır ki, «Freedom House» və Milli Demokratiya İnstitutu müstəqil milli dövlətlərə qarşı təzyiq qruplarıdır.
Qəzetə görə «vətədaş cəmiyyətinin dəstəklənməsi, demokratik təsisatlar, insan hüquq və azadlıqları adı altında fəaliyyət göstərən bu qurumların məqsədi ölkədə xaos yaratmaq, dövlətə təzyiq etmək, «insan haqları» kimi dəyərlərdən siyasi vasitə kimi istifadə etməkdir.
AZƏRBAYCANDAN ERMƏNMİSTANA NƏ SATILIB?
«Bizim yol» Ermənistan Statistika Komitəsinə istinadən yazır ki, Azərbaycan Ermənistana mal ixrac edib, amma Dövlət Gömrük Komitəsi bunu qeydiyyata almayıb. Qəzetə görə, Ermənistanın 2011-2012 illər üçün hazırladığı statistika hesabatın 468-ci səhifəsində 2011-ci ildə Azərbaycandan bu ölkəyə 8,5 min dollarlıq mal idxal olunub.
Qəzet bunun hansı gömürük məntəqəsindən, necə keçdiyinin məlum olmadığını yazır. «Həmin statistika nə üçün Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınmayıb?».
BÜDCƏDƏN ƏN ÇOX PUL ALAN NAZİRLİK
Ziya Məmmədov
Ziya Məmmədov
«Yeni Müsavat» qəzeti Nəqliyyat naziri «Ziya Məmmədov büdcədən yenə 1 milyard qopardı».

Qəzet Nazirlər Kabinetinin büdcədən əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 7 milyarda yaxın vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsünü açıqlayıb. «Korrupsiya ənənəsinə sadiq qalan hökumət bu dəfə də mənimsəmə riski yüksək olan layihələrin maliyyələşməsinə üstünlük verilib. Dövlət investisiya piroqundan ən böyük paya nəqliyyat naziri Ziya Məmmədov sahib çıxıb. 2013-cü ildə nəqliyyat sektoruna 1 milyard 22 milyon manat yatırılacaq».
«Azərbaycan» qəzeti müxalifətin güclü olmadığını yazır. Qəzetə görə, müxalifət «güclü olsaydı, lider axtarışına çıxmazdı».
XS
SM
MD
LG