Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:25

Nuşirəvan Məhərrəmli: «Efirdə məişət dilində danışırlar»


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
-
«Dilçiliyin inkişafına dair Dövlət Proqramı Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzərinə bir sıra öhdəliklər qoyub. Azərbaycan ədəbi dilinin efirdə tam hakim olması Şuranın əsas vəzifələrindən biridir».

Bunu apa-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Proqrama əsasən, telekanallarda bədii şuralar yaradılacaq. Bədii şuraların daha səmərəli fəaliyyət göstərməsi üçün telekanallarla ciddi məsləhətləşmələr aparılacaq:

«Azərbaycan teleməkanında Azərbaycan dilinin qorunması ən əsas vəzifədir. Biz efiri küçə danışıq dilindən təmizləməliyik. Bizim əsas məqsədimiz Azərbaycan dilinin telekanallarda ədəbi dil normalarına uyğun olaraq işlənilməsidir. Təəssüf ki, telekanallarda dövlət dilinin işlənməsi ilə bağlı problemlər var. Bəzən efirdə məişətdəki danışıq dilinə uyğun danışırlar. Xüsusən aparıcıların dili səlis, aydın, təmiz Azərbaycan dilində olmalıdır. Onlar Azərbaycan dilinin qaydalarını öyrənməlidirlər. Ona görə də telekanallardan bu məsələyə ciddi yanaşmaq tələb olunacaq. Televiziya aparıcıları işə götürülərkən dövlət dilindən imtahan verməlidirlər».

Şura sədri telekanallarda bədii şuraların yaradılacağına senzura kimi yanaşılmasına təəssüfləndiyini deyib:

«Bədii şuralar sovet dövründəki şuraların eyni olmayacaq. Bəziləri bədii şuraları senzura kimi qiymətləndirir. Təəssüf edirəm ki, Azərbaycan ədəbi dilinin saflığı uğrunda mübarizə ilə bağlı görülən işə belə reaksiya verilir».
XS
SM
MD
LG