Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

Naxçıvanda iş adamı həbsdən buraxılıb


Məmməd Qurbanov
Məmməd Qurbanov
-
Həbsdə olan işadamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov Naxçıvan Apelyasiya Məhkəməsinin hökmü ilə aprelin 26-da azadlığa buraxılıblar.
Bu haqda AzadlıqRadiosuna Məmməd Qurbanovun ailəsindən məlumat veriblər.
Məhkəmənin hökmü ilə Məmməd Qurbanov 2 il, Nadir Məmmədov isə 3 il sınaq müddətinə şərti azadlığa buraxılıblar.
Məhəmməd Qurbanov keçən il noyabrın 8-də Türkiyədən ərzaq məhsulları gətirərəkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər.
Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yarandığı bildirilirdi.
Naxçıvan MR Prokurorluğunun yaydığı məlumatda Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi qeyd olunurdu.
İş adamının ailəsi isə bu həbsinin siyasi olduğunu bildiridi.
Hakimiyyət nümayəndəsinə müqavimət və zor göstərməkdə təqsirli bilinən Məhəmməd Qurbanovla Nadir Məmmədov fevralın 13-də Sədərək rayon Məhkəməsinin hokum ilə 4-5 azadlıqdan məhrum edilmişdilər.

Fevral ayında Avropa Birliyinin Azərbaycan ofisinin və Birliyə daxil olan 9 ölkənin səfirlik nümayəndələri Naxçıvanda səfərdə olublar.

Hüquq müdafiəçisi Elman Abbasov AzadlıqRadiosuna, açıqlamasına bildirmişdi ki, Avropa Birliyi nümayəndələriylə görüşdə, əsasən, Naxçıvanda insan haqları məsələsi müzakirə olunub.
XS
SM
MD
LG