Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Məhkəmə «N!DA»çının şikayətinə baxdı


Mayın 13-ü Bakı Apellyasiya Məhkəməsində «N!DA» Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun həbs qətimkan tədbirinin 2 ay artırılması ilə bağlı qərardan şikayətə baxılıb.
Vəkil Fariz Namazlı «Media forum» saytına deyib ki, şikayət təmin olunmayıb:

«Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı».

Məmməd Əzizov martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyatda həbs olunub. Onun kirayə yaşadığı evdən 174,54 qram qurudulmuş marixuana, üzərində «Təcili demokratiya tələb olunur, tel:+994, ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqin aşkar edildiyi açıqlanıb.

Bu iş üzrə «N!DA» Vətəndaş Hərəkatının digər üzvləri Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclərin martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.
XS
SM
MD
LG