Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:37

Eurovision 2013: «Bizim mahnı ilk beşlikdə olacaq»


"Eurovision-2013" müsabiqəsində Azərbaycanı kim və hansı mahnı ilə təmsil edir?
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

"Eurovision-2013" müsabiqəsində Azərbaycanı kim və hansı mahnı ilə təmsil edir?

-
«Beləliklə, 2013-cü ili «Eurovision» Mahnı Müsabiqəsində Azərbaycanı Fərid Məmmədov təmsil edəcək! Alqışlar!..».

Eurovision.tv saytı yazır ki, çoxdan arzulasa da, Fərid Məmmədov əvvəllər milli müsabiqələrə qatılmayıb və ilk iştirakında yarışmanın qalibi olub.

«Eurovision» Mahnı Müsabiqəsinin mayın 14-də keçiriləcək ilk yarımfinalına qatılan 16 ölkədən 10-u finala vəsiqə qazanacaq.

Fərid Məmmədov mayın 16-da – müsabiqənin 2-ci yarımfinalında 4-cü çıxış edəcək.
Malmö Arena
Malmö Arena

21 yaşlı müğənni «Malmö Arena»da yunan bəstəkar Dimitrios Kontopoulos-un «Hold me» mahnısı ilə çıxış edəcək. Mahnı bir sevgi balladasıdır.

FƏRİD MƏMMƏDOV LAP ƏVVƏL MUĞAM OXUYARMIŞ

Eurovision.tv saytı yazır ki, Fərid Məmmədov musiqiyə muğamla başlayıb. 8 yaşından soul və caz janrları ilə maraqlanıb. Özü də musiqi bəstələyir. İdman da onun hobbiləri – sevimli məşğuliyyətləri sırasındadır.

Fərid Məmmədov Malmöda indiyədək iki məşq keçirib. Rəmzi obrazları canlandıran iki rəqqas onu səhnədə müşayiət edib. Fərid İsveçdə oxuduğu mahnının yaxşı qarşılandığını, bəyənildiyini bildirib.



Eurovision.tv saytında Fərid Məmmədovun mahnısı və ifası haqqında müxtəlif fikirlər yer alıb.

Piotr Pietrzak adlı dinləyici öz şərhində Fərid Məmmədovun ifa etdiyi mahnını «Builki «Eurovision»un ən yaxşı mahnısı» adlandırır. Litvadan CarolinaLT adlı istifadəçi də – «Bu ilin ən yaxşı mahnısıdır, əla performans göstərir» – fikrini yazaraq Azərbaycan təmsilçisini bəyəndiyini bildirir. Rockfun adlı istifadəçi Fəridi bəyənməyib: «O qədər təsirləndirici deyil» .

«İLK BEŞLİKDƏ OLACAQ»

Müğənni Mübariz Tağıyevin fikrincə, Fərid Məmmədov builki müsabiqədə uğurla çıxış edəcək:
Mübariz Tağıyev
Mübariz Tağıyev
«Çox istedadlıdır. Səs imkanları genişdir. Ümidvaram ki, hər şey yaxşı olacaq. Estrada maneradır. O var. Müasir estrada istiqamətindəki mahnılar onda alınır. Mahnı da normaldır, hit mahnıdır. Məncə, uğurlu alınmalıdır. Haradasa ilk beş yerdən birini tutacaq».

Bəstəkar Vaqif Gərayzadə də Fəridin imkanlarını yüksək qiymətləndirir:

«Müsabiqədir, hər şey ola bilər. İfasına görə başqa iştirakçılara nisbətən yüksək dəyərləndirirəm. 1-ci, 2-ci, 3-cü yerlərdən birini tutar».

«Eurovision 2013» «The Butterfly» («Kəpənək») loqotipi və «We are one» («Biz birgəyik») şüarı ilə gerçəkləşir. Builki müsabiqədə 39 ölkə təmsil olunur. Final konserti mayın 18-də keçiriləcək.

Bundan əvvəlki müsabiqə Azərbaycanda keçirilmişdi. 2011-ci ildə «Ell & Nikki» duetinin Almaniyadakı qalibiyyəti bu hüququ qazandırmışdı.

Azərbaycan «Eurovision»a 2008-ci ildən qatılır. Həmin il ölkəni Elnur Hüseynov və Samir Cavadzadə (8-ci yer), 2009-cu ildə Aysel Teymurzadə və Araş (3-cü yer), 2010-cu ildə Səfurə Əlizadə (5-ci yer), 2011-ci ildə Nigar Camal və Eldar Qasımov (1-ci yer), 2012-ci ildə Səbinə Babayeva (3-cü yer) təmsil ediblər.

Your browser does not support inline frames or is currently configured not to display inline frames.
XS
SM
MD
LG